Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Kəngərli kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli
Məclisin deputatı Sahib Alıyevlə birlikdə Kəngərli kənd tam orta
məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin
deputatı Sahib Alıyev və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə
201 şagirdin təhsil aldığı Sərdar Zeynalov adına Kəngərli kənd tam orta
məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird
kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji
kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini,
valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat
verən rayon rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından,
onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
Tarix: 9-04-2024, 10:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}