İcra başçısı şəhid atası Əsgər Abbasovu ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən
müharibəsi şəhidi, tibb xidməti leytenantı Aysənan Abbasovun ailəsini ziyarət
edib
.
Şəhid atası Əsgər Abbasov infakt keçirib və səhətində yaranmış problemlə
bağlı, Şəhid atasını ziyarət edən rayon rəhbəri onun qayğıları ilə maraqlanıb,
onu Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək, sağlamlığında
yaranmış problemlə bağlı narahat olduğunu bildirib. Şəhid atasına Vətənə
Aysənan kimi oğul bəxş etdiyinə görə minnətdarlıq edib, bütün şəhid
ailələrinin baş tacımız olduğunu bildirib.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev  Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və
qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin
problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində
dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd
tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin
müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi
xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal
altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ
olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən
artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə
və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel
döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.
Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət
edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib
məlumatlar əldə etmişdir. Döyüş yoldaşları onun heç nədən qorxmadığını
söyləyirlər.
Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak
edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin
birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur
düşmənin atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə
ucalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın
azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.
Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı - 5 yaşlı qızı
Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb.
Aysənanın xatirəsinə ehtiram əlaməti olaraq Seydimli kəndində onun adına
xatirə abidəsi ucaldılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Tarix: 10-04-2024, 16:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}