AZƏRBAYCANDA dərman mafiyası-həkim əlaqələri kəsilir

AZƏRBAYCANDA dərman mafiyası-həkim əlaqələri kəsilir Dərmanı elektron reseptlə alacağıq

Musa Quliyev: “Yaxın vaxtlarda bunun icrasına başlanacaq”

Adil Qeybulla: “Tibbi münasibətlər sisteminin elektronlaşdırılması ümumi işin xeyrinədir”


Azərbaycanda kağız reseptlər dövrünə son qoyulur. Belə ki, “Azəbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə elektron reseptlərin tərtib edilməsi nəzərdə tutulur.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Cümhuriyət” qəzetinə açıqlamasında kağız reseptlərə son qoyulması fikri ilə razılaşmayıb.

AZƏRBAYCANDA dərman mafiyası-həkim əlaqələri kəsilir

O bildirib ki, elektron reseptlərlə paralel kağız reseptlər də tətbiq olunacaq: “Elektron hökumət qurulandan sonra, ölkənin hər yeri yüksək sürətli internet xidməti ilə təmin edildikdən və bütün insanlar bundan tam istifadə etməyi öyrənəndən sonra elektron reseptlərin tam tətbiqinə başlanacaq. Buna isə illərlə vaxt lazımdır. Amma elektron reseptlərin indidən tətbiq olunması realdır və yəqin ki, yaxın vaxtlarda bunun icrasına başlanacaq”.

“İcbari sığortanın tətbiqindən sonra reseptə ehtiyac qalmır”

Prosesin necə tətbiq olunmasına gəlincə, Musa Quliyev deyib ki, hər bir həkimin elektron ünvanı və kodu olacaq: “Həmin kodla təyinatın hansı klinikadan və hansı həkimin verdiyini müəyyən etmək olacaq. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimin xəstəyə resept yazmasına ehtiyac qalmır. Xəstənin adı, soyadı və digər məlumatlar olan resept elektron sistemə yerləşdirilir. Xəstə aptekdən şəxsiyyət vəsiqəsini və ya ona veriləcək nömrəni göstərməklə dərmanları ala bilər”. Deputatın sözlərinə görə, elektron reseptlərin böyük üstünlükləri var: “Birinci, həkim elektron resepti yazarkən hansı dərmanın hansı aptekdə olduğunu biləcək və xəstəni ora yönləndirəcək.

İkinci, hansı həkimlərin daha çox hansı apteklərlə və hansı dərmanlarla işləməsinə nəzarət etmək mümkün olacaq. Bu isə qeyri-sağlam həkim-aptek münasibətlərinin tam aradan qaldırılmasına gətirib çıxaracaq.

Üçüncü, icbari tibbi sığorta işə düşəndən sonra sığorta paketinə bəzi dərmanlar da əlavə olunacaq ki, xəstələr həmin dərmanları pul vermədən alacaqlar. Prosesin elektron şəkildə aparılması bu işi daha da asanlaşdıracaq. Güman ki, yaxın vaxtlarda icbari sığortanın tətbiqi ilə əlaqədar elektron reseptlərin də tətbiqinə başlanılar. Amma bu o demək deyil ki, kağız reseptlər mütləq yığışdırılacaq. Hələ uzun müddət kağız reseptlər olacaq. Dünyanın hər yerində elektron reseptlərlə yanaşı kağız reseptlər də istifadə olunur və bunlar bir-birinə ziyan etmir”.

AZƏRBAYCANDA dərman mafiyası-həkim əlaqələri kəsilir

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə bildirib ki, elektron resept çoxdan tətbiq edilməli idi: “Bildiyimiz kimi icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir. Əhalinin tibbi və dərman yardımı almasını təmin edir. İcbari tibbi sığortanın tətbiqinə başlanandan sonra həmin paketə bəzi dərmanlar əlavə olunacaq. Elektron resept ölkədə istehsal olunan və ölkəyə idxal olunan dərmanlarla istehlak olunan preparatların fərqi, əhali tərəfindən daha çox hansı dərmanların istehlak olunması kimi məsələlərə nəzarət baxımından çox vacibdir. Elektron reseptlər xəstənin xəstəlik tarixçəsinin elektronlaşdırlması və yaddaş bankına köçürülməsi, eyni zamanda xəstənin zamanında aldığı dərmanlara nəzarət nöqteyi-nəzərindən də önəmlidir. Nəinki reseptlərin, hətta epikrizlərin, müxtəlif müayinə sənədləri haqqında məlumatlar hər bir xəstənin blankında qeyd olunması çox yaxşı olardı. Bəzən olur ki, xəstə əməliyyat olunub üzərindən müəyyən zaman keçib, amma heç bir sənəd tapılmır. Yaxud qəbul etdiyi dərmanlar barədə heç bir məlumat yoxdur. Bu baxımdan bütün bu tibbi yazışmaların, tibbi münasibətlər sisteminin elektronlaşdırılması ümumi işin xeyrinədir”.

Professor onu da əlavə edib ki, elektron resept beynəlxalq aləmdə tətbiq olunmuş bir sistemdir: “Xüsusilə, tibbi sığorta tətbiq edilən ölkələrdə bu məsələlərə nəzarət var. Yəni, sərf olunan ləvazimatlar, dərmanlar, digər tibbi vasitələr, sərfiyyat materiallarının hamısının qeydiyyatı elektron vasitə ilə aparılır”. Regionlarda elektron reseptlərin tətbiqinə gəlincə, Adil Qeybulla bildirib ki, bu məsələ ciddi şəbəkə şəkilində ümumiləşdirilməlidir: “Ümumiyyətlə, bununla bağlı bir proqram olmalıdır və bu proqrama da Səhiyyə Nazirliyində, eləcə də bu işə məsul olan qurumlar nəzarət etməlidir. Bu qərar bütün respublika üçün qəbul olunur”.

Yeganə Oqtayqızı
Tarix: 22-01-2017, 09:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}