Abutalıbovun evinə gedən yol qazıq-qazıq…“Azərsu” deyir ki – Reportaj

 “Neçə aydır ki, bu yolu qazıb töküb gediblər. Yolun tən ortasını da lentləyiblər, dəmirlə hasarlayıblar, vəssalam.
Belə laqeydlik olar? Özü də bu yol axşam zülmət olur, işıqlar da yoxdur, maşınlar qəza riski ilə qarşılaşırlar”.

 
Bakının Qaraçuxur qəsəbəsi sakini Anar Bəxtiyarov bizimlə söhbətində belə deyir. Onun sözlərinə görə, aylardır Qaraçuxur – Yeni Günəşli yolunu qazıblar, dərin quyu saxlayıblar. Söhbət Cəlal Qurbanovla Zaur Şərifov küçələrinin kəsişməsindən gedir. Suraxanıda yol qalmadı…
Qəsəbə sakini söyləyir ki, “Azərsu” ASC tərəfindən görülən işlərlə əlaqədar Qaraçuxurdan Yeni Günəşliyə gedən bu yolu başdan-başa qazmışdılar:
“Ancaq düzəltməyiblər. Bu yolun üstündə iki məktəb yerləşir. Uşaqlar hər gün dərsə gedib-gələndə təhlükə ilə üzləşirlər, maşınlar bir-birinə az qalır dəysinlər”.
Qaraçuxur sakini Elşən İxtiyarov isə bildirir ki, bu yol keçmiş Bakı meri, indi Baş nazirin müavini olan Hacıbala Abutalıbovun evindən çıxanda yolun sağındadır:
“Hacıbala müəllim hər gün bu yolu görür, heç olmasa özü əncam eləsin. Heç bilmirik ki, Suraxanı İcra Hakimiyyəti yoxsa “Azərsu” buranı düzəltməlidir. Kim edirsə etsin, xahiş edirik ki, yol əvvəlki vəziyyətinə gətirilsin”.
 
Sakinlər deyirlər ki, ümumiyyətlə Suraxanı yolları fəlakət vəziyyətindədir. Rayon icra hakimiyyəti rəhbəri İlqar Abbasov Qaraçuxur, Günəşli, Yeni Suraxanı yollarına bir vedrə asfalt da tökməyib. Ümumiyyətlə, Qaraçuxurda yol yoxdur. Sadəcə, sürücülər dağılmış, tökülmüş, çala-çuxur ara küçələrlə ziq-zaq hərəkətlər edərək mənzil başına çatırlar. İnsanlar sual edirlər ki, bəs yolların təmirinə ayrılan pullar hara sovrulub…
► Anar Cəbrayıllı: “Həmin yer asfaltlanacaq”
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzEuroNews.com-a bildirdi ki, həmin ərazi Cəlal Qurbanovla Zaur Şərifov küçələrinin kəsişməsidir. Onun sözlərinə görə, “Azərsu” ASC tərəfindən həmin ərazidəki binaların daxili kommunikasiya xətləri yenidən qurulub:
“Zirzəmidəki xətlər yenilənib, dik dayaqlar pilləkən qəfəsələrinə çıxarılıb, bu layihə çərçivəsində yeni şəbəkə də yaradılıb və köhnə şəbəkə ləğv olunacaq”.

 
A.Cəbrayıllı qeyd edib ki, yeni magistral paylayıcı xətt həmin o qazılmış yerdə əsas magistrala birləşdiriləcək: “Artıq bütün hazırlıqlar başa çatıb, 10 günə birləşmələr veriləcək və həmin yer asfaltlanacaq”. 
Tarix: 5-05-2018, 00:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}