“Ölkədə ərzaq oğurluğunun, fahişəliyin artması narahatlıq doğurur”
Mediada ərzaq oğurluğu ilə bağlı yer alan xəbərlərin çoxluğu son vaxtlar bəzi mətbuat orqanlarını bu məsələyə daha geniş yer ayırmağa, məlum problem, onun səbəbləri və aradan qaldırılma yolları ilə bağlı ayrıca məqalələr hazırlamağa sövq etməkdədir

Ərzaq oğurluğunun artmasının səbəbi nədir? Bu, ölkədəki mövcud sosial durumun göstəricisi hesab edilə bilərmi?

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev mövcud durumun narahatverici olduğunu qeyd edib:

“Əslində bizdə artan yalnız oğurluq deyil. Bizdə həm də fahişəlik, narkomaniya və s. artıb. Ərzaq oğurluğunun da artdığı mediada yer alan xəbərlərdən aydın görünür. Bunların hamısı böhran durumunun göstəriciləridir. Bunlar bir-birinə bağlı olan məsələlərdir. Və təbii ki, bütün bunlar sosial durumun ağırlığından xəbər verir”.


Fia.Az