Hökumətdən "malades" medalı alan saytlar Qərb universitetinə niyə qahmar çıxır?

 


 

Qərbi Kaspi Universiteti (görəsən hansı Qərb təhsili sistemindən söhbət gedir?-müəllif) maaşını və məzuniyyət pulunu mənimsədiyi keçmiş müəllimlərin məhkəmə işi ilə bağlı yaydığı açıqlamanı üzünə-gözünə bulaşdırıb.
Anaxeber.Az-ın məlumatına görə, açıqlamaya "bir noutbukdan ibarət saytlar qarşı tərəfin mövqeyini öyrənmədən tirajlamaqda davam edirlər" girişi verən universitet rəhbərliyi medianı məhkəmə ilə hədələyir.
Sözügedən təhsil ocağının hüquqları pozulmuş keçmiş müəllimlərinin məhkəmə işi əsasında hazırlanmış məqaləyə görə mətbuatı şantaj və böhtançılıqda ittiham edirlər.
Mətbuatı deyərkən, "bir noutbukdan ibarət saytlar" hesab etdikləri tənqidçi xəbər portallarını nəzərdə tuturuq.
Onlar məhdud resurslar hesabına bir-iki əməkdaş və 1-2 texniki avadanlıqdan ibarət ola bilərlər, amma hakimiyyətə məddahlıqla geniş və komfort ofisə malik deyillər.
Hökumətə yarınmaq və xoşuna gəlmək üçün hər cür mətbu "xidmət" göstərənlər Qərbi Kaspi Universitetinə elə qahmar çıxıblar, sanki ali məktəb yox, milli ordudur.
Ölkədəki yaşıllıqlara "divan tutmuş" və prezidentin sərəncamı ilə vəzifəsindən çıxarılmış keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun sahibi olduğu universitetin mövqeyini patriotluqla, sədaqətlə çap edərək görünür ki, qarşılıqlı borcdan çıxıblar.
Hökumətdən "malades" medalını götürüb kiçik saytlar hesab etdiklərinə qarşı tərəf üçün cavab tribunası açanların bədnam sonluğu göz qabağındadır...
Həmin açıqlamada peşəkarlıq və jurnalistika prinsiplərindən yazaraq "ağzına çullu dovşan sığmayanlar" elementar bir qaydaya əməl etməyiblər.
Universitetin açıqlaması ilə tanış olduqda bilinmir ki, mətni tirajlayan məlum sayt özü mətbuat xidməti rolunda çıxış edib, yoxsa Qərbi Kaspi Universitetinin münasibətini işıqlandırır?!
Çünki açıqlamada istinad yoxdur və olduğu kimi sayta qoyulub. Hərçənd, sözügedən universitetdəki neqativ hallar barədə vaxtilə məqalələr yazıblar, hətta Qərb universiteti jurnalisti polisə verib. (http://musavat.com/news/%C3%B6lk%C9%99/Q%C6%8FRB-UN%C4%B0VERS%C4%B0TET%C4%B0N%C4%B0N-REKTORU-M%C3%9CXB%C4%B0R%C4%B0M%C4%B0Z%C4%B0-POL%C4%B0S%C6%8F-VERD%C4%B0_90009.html)
Universitet yaydığı açıqlamada daha bir mətbu tərbiyəsizliyə və şər-böhtana yol verib. Heç bir hüquqi əsası olmadan müəllimlərin məhkəmə işini yazan saytları reket adlandırıb.
Sitat: "Məhkəmənin iddialarını təmin etmədiyini, ifşa olunduqlarını görüb saytlara üz tutan “müəllimlər”ə reket jurnalistlər də öz xislətlərinə uyğun dəstək verirlər".
Mətbuat Şurasının qara siyahısında olmayan, reket elan edilməyən saytlara böhtan atılması məhkəmə predmeti yaradır.
Bu böhtanı çap edənlərin hansı maraqlar güddüyü, reketçilik faktı varsa, niyə hüquq-mühafizə orqanlarına müraciət etmədiyi məlum deyil.
Görünür ki, döşünə orden taxandan sonra hökumətin hər şərtini qəbul etmək öhdəliyi götürüblər.
 
Anaxeber.Az yazır ki, Qərbi Kaspi Universitetində özbaşınalıqlar barədə mətbuat ilk dəfə yazmır.
Müxtəlif saytlarda və qəzetlərdə təhsil ocağındakı dərəbəylikdən bəhs olunub. (http://rublika.az/hadise/20130-qerb-universitetinde-rektor-zemfira-memmedova-hara-baxr-davamiyyetsizlik-rushvet-diktatura-ve-s.html)
Bu qanunsuzluqların olduğunu təsdiqləyən kulminasiya nöqtəsi isə həmin müəllimlərin məhkəməyə üz tutaraq maaş və məzuniyyət haqlarını tələb etməsi oldu.
Müəllimlər ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər.
ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi (Qərb Universiteti) Universitetini cərimələmiş və şikayətçilərə Məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlayıb.
Müəllimlərin bildirdiyinə görə, Universitetin faktiki sahibi Hüseyinqulu Bağırov ƏƏSM-in keçmiş rəisi Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunmasına nail olmuşdur.
Amma bu qərarla tərəfləri tanış etməyiblər. Müəllimlər bu nazirlikdə olanda şöbə müdiri Elşən Tağıyev bildirib ki, Hüseyinqulu Bağırovun müdaxiləsindən sonra bacara bilmədik (?)
Həm də bildirdi ki, müəllim  kimi sizin müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququnuz var. Qanun sizin tərəfinizdədir...
Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb.
Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib.
Müəllimlər isə hakim barəsində Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət ediblər. Qərbi Kaspi Universitetinin yazılı cavabı saytımızın elektron poçtuna gəlib.
Müəllimlər yalanlar  üzərində qurulan təkzib xarakterli yazını oxuyan kimi saytımıza sanki od püskürdülər. Onlara görə,  biz saathesabı yox, əvəzçi müəllim işləmişik.
Bizim Universitetlə bağladığımız müqavilə məhkəmə prosesinə gətirilə bilmədi. Yalnız kompüterdə saxta kompilyasiya edilmiş nüsxələrdə də bir neçə xətlə yazılmış əsası olmayan "yalançı" saxta sənəd verdilər.
Anaxeber.Az xatırladır ki, Qərbi Kaspi Universitetinin fəaliyyətində ağlasığmaz məqamlar bir deyil, beş deyilş Məsələn, rublika.az hələ 2 il əvvəl faktlar meydana qoymuşdu. http://rublika.az/tehsil/12422-qerb-universitetinde-zemfira-memmedovanin-agilagelmez-qaydalar.html
Sayt yazırdı ki, tələbə bir dərsdə olur, digər dərsdə iştirak etmədiyi üçün qayib alır. Və semestr sonunda qayiblərinə görə, pul ödəyir ki, silinsin.
Bununla da növbəti kəsirlər yaranır, yenidən tələbəyə pullu dərs saatı yazılır, imtahandan qiymət almaq üçün müəllimlə bazarlığın qiyməti 200-300 manata qalxır.
Tələbələr deyir ki, bu sistemi universitetin rektoru Zemfira Məmmədova tətbiq edib. Səsini çıxaran tələbə isə, dərhal qovulur.
Elə isə, Universitetdəki bu sistem nəyə xidmət edir? Maraqlı sualdır, "od olmayan yerdən tüstü çıxmaz"...
Budur ki, müəllimlər maaşını da, məzuniyyət pulunu da ala bilmirlər...
Anaxeber.Az
Tarix: 20-06-2018, 10:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}