İmişlidə pambıqçıların kütləvi zəhərlənməsinə görə məmur işdən çıxarıldı


İmişlidə pambıqçıların zəhərlənməsinin araşdırılması məqsədilə komissiya yaradılıb.

Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər. Nazir İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Hansı ki, zərərvericilərə qarşı dərmanların gətirilməsinə, keyfiyyətinə C.Quliyevin rəhbərlik etdiyi xidmət nəzarət edirdi. Onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov da daxil olmaqla bir neçə nazirliyin rəhbərləri baş vermis hadisənin araşdırılması üçün İmişliyə getmişdi. Hazırda İmişli rayon xəstəxanasında 12 nəfər həkim nəzarətində müalicəsini davam etdirir. Digər zərərçəkmişlərə tibbi yardım göstəriləndən sonra evə buraxıblar.

İmişli Rayon Prokurorluğundan virtualaz.org saytına bildiriblər ki, zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən tədqiqatlara başlanılıb. İdarədən açıqlama vermək istəməyiblər.

Faktla bağlı yaxın saatlarda rəsmi açıqlama veriləcəyi gözlənilir.

Tarix: 20-06-2018, 16:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}