“O HİYLƏ-VƏZİFƏ, O RÜŞVƏT MASA, SƏNİN TUFANINDAN YIXILMADISA …”!!!


“MİLLƏTİN ÜZÜNƏ YALAN PÜSKÜRƏN,

ZƏHƏRLİ GÖZÜNDƏN İLAN PÜSKÜRƏN…” QƏLƏMLƏRƏ

Fb-NİN GÜNDƏMİNDƏN

Sabir RUSTEMXANLİ

19 iyun 2018

QƏLƏMƏ

Öz haça dilindən asıl, qələmim,
Ey Qısır qələmim, Qızıl qələmim!..
Qələm ya ağacdan, ya daşdan olar, 
Lələkdən, kömürdən, qamışdan olar,
Qızıla tutulan söz qızıldımı,
Qızılla kəsərli söz yazıldımı?
Bəlkə çürütdülər mürəkkəbini,
Bəlkə itirmişəm qaynar təbini…
O zindan yerinə kürsüyə gedən,
O savaş yerinə kürsəyə gedən,
Millətin üzünə yalan püskürən,
Zəhərli gözündən ilan püskürən
O hiylə-vəzifə, o rüşvət-masa,
Sənin tufanından yıxılmadısa,
Qanımı içənin qan qohumları,
O can bazarının “yan” qohumları,
Vətənin ruhunu tükənmiş bilən,
O alıb verməyi rəsmi iş bilən
Yenə yad sözlərin çətiri altda
Səndəki saf qanı unutdurursa,
Sənin şöhrətini, sənin gücünü,
Sənin qisasını unutdurursa
Get ağlar qəlbimə qısıl, qələmim.
Get məzarın olan köhnə cibimdən
Kəsilmiş dil kimi asıl qələmim!..

24.04.2018

Tarix: 20-06-2018, 22:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}