Ermənistan FƏTÖ üzvü Kamal Öksüzü ABŞ-a verəcək - İddianamədə AZƏRBAYCANIN ADI HALLANIR


Ermənistan FƏTÖ üzvü Kamal Öksüzü ABŞ-a verəcək - İddianamədə AZƏRBAYCANIN ADI HALLANIR



Siam.az xəbər verir ki, ABŞ-da barəsində iddianamə hazırlanan və avqust ayında Ermənistanda həbs edilən Fətullahçı Terör Təşkilatının (FETÖ) üzvü olan Kemal Öksüzün Amerikaya təhvil veriləcəyi bildirilib. Məlumatı Ermənistanın rəsmi mətbuatı yayıb. Xəbərdə Ermənistanın ABŞ-ın Öksüzün təhvil verilməsi tələbini müsbət qarşıladığı və onun Amerika verilməsinin qərara alındığı bildirilir.                                                                                                                   İrəvan məhkəməsi Ermənistan Baş Prokurorluğunun müraciətinə əsasən, ABŞ-da axtarışda olan və Ermənistanda yaxalanmış Kevin (Kamal) Öksüzü həbs eləmişdi. Kamal Öksüz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ermənistanda MMC təsis eləyibmiş. ABŞ polisi tərəfindən axtarışda olan Kamal Öksüz Ermənistanda 2 aylığa həbs olunmuşdu.

Qeyd edək ki, Kamal Öksüz kifayət qədər tanınmış adamdır, Fətullah Gülənə bağlı şəxsdir və bir neçə il əvvələ qədər Hyustonda “Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edirdi. Habelə o, Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara da başçılıq edib. Öksüz Texasda yerləşən “TDM Contracting” şirkətinin də sahibi olub. Həmin şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

2013-cü ildə Öksüz bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etmişdi. Həmin səfərlərə görə qalmaqal yaranmış və Konqresin etika komissiyası konqresmenlərin barəsində araşdırmaya başlamışdı.

ABŞ Ədliyyə Nazirliyinin saytında yayılan iddianamədə, Kemal (Kevin) Öksüzün 2013-cü ildə Konqres heyətinin Azərbaycana səfərinin xərclərinin mənbəyini gizlədiyi bildirib.

İddianamədə Öksüzün konqressmenlərin Azərbaycana səfər xərclərinin mənbəyi ilə bağlı ABŞ Nümayəndələr Məclisi Etika Komissiyasına təqdim elədiyi deklarasiyada həqiqəti əks etdirmədiyi bildirib. İttihamda bildirilir ki, Öksüz onun “Turquoise Council of Americans and Eurasions” təşkilatının Azərbaycanın dövlət neft şirkəti (SOCAR) tərəfindən maliyyə dəstəyi aldığını gizlədib.

2015-ci ildə Konqressin Etika Komissiyası 10 nəfər konqressmenin və onların 30 nəfərdən çox köməkçisinin 2013-cü ildəki səfər zamanı Konqressin qaydalarını pozduğu barəsində “dəlillər olmadığını” qərara almışdı. Qaydalara görə, qeyri-hökumət təşkilatları maliyyələşdirmə mənbələrini göstərməlidirlər. Öksüz isə bunu etməmişdi.

Ədliyyə Nazirliyinin açıqlamasında qeyd edilir ki, Öksüzün həbs edilməsi qərarı bu ilin əvvəlində verilib. K.Öksüz ötən ay Ermənistanda həbs olunub.

İddianamədə Öksüz maddi mənbələri təhrif və ört-basdır eləmək, Konqresə yalan ifadə vermək də daxil olmaqla, 5 maddə ilə ittiham edilir.

ABŞ-da mənfəət məqsədi güdməyən təşkilatlar Konsqres üzvlərinin məlumatlanması üçün təşkil edilən səfərlərə sponsor ola bilirlər. Səfər xərclərinn mənbələrinin düzgün sənədləşdirilməsi lazımdır.

ABŞ-da Avrasiya Amerikalılar Turkuaz Şurasının sədri olan Kemal Öksüzün Türkiyəyə qarşı çıxışları ilə tanınan amerikalı senatorlarla yaxın əlaqəsi var idi.

FƏTÖ-nün ABŞ-dakı ən mühüm qollarından olan Turkuaz Şurasının başçısı Kemal Öksüz uzun illərdir ki, Amerikada yaşayırdı. Onun Virciniya əyalərinin Arlinqton şəhərində bazar qiyməti 1,7 milyon dollara yaxın olan mülkü var.

Hurriyyet.org

Tarix: 3-11-2018, 13:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}