"Mətbuat Şurası “İpəkçi” qəzeti ilə bağlı dərhal açıqlama verməlidir"- Aygün Muradxanlı FOTO



"Mətbuat Şurası “İpəkçi” qəzeti ilə bağlı dərhal açıqlama verməlidir"- Aygün Muradxanlı FOTO
Azərbaycanda belə bir qəzet redaktoru var. Biz deyəndə dil milli təhlükəsizlik məsələsidir, inanmırsınız. Bu adam təxribatla məşğuldur. O, qəzetində nələr yazır, dövlət orqanları maraqlanmalı, nəzarətə götürməlidir. Hikmət Hacızadənin səhifəsində təhsil müzakirələrinə qoşulub öz aləmində. Azərbaycanın Qarabağı Ermənistana döyüşsüz verdiyini yazır. Aşağıda link paylaşacam.

Mətbuat Şurasının adını çəksək, Müşfiq Ələsgərli gəlib deyəcək ki, biz nə edək? Yaxşı, bəs Azərbaycan dövlətinin əleyhinə yazı yazan bu buqələmunlarla kim məşğul olmalıdır? Axtarsaq, cibindən MŞ-nın vəsiqəsi çıxacaq. Qarabağda döyüşüb şəhid, qazi olanların haqqı tutsun gözünü...

Mətbuat Şurası “İpəkçi” qəzeti ilə bağlı dərhal açıqlama verməlidir. Versin, ondan sonra biz növbəti addımlarımızı müəyyən edək. Aydın Mamedov Ermənistanın lehinə təbliğat apardığı üçün cəzalandırılmalıdır.

Tarix: 16-09-2020, 09:47




Xəbər lenti