“AzerCELL” İlyas İsmayılova atıb


 
AzerCELL” Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılova 10 manat atıb.
 
Ovqat.com-a bu məlumatı partiya sədrinin özü verib.
 
Onun sözlərinə görə, dünən həyat yoldaşının telefonuna 10 manatlıq kontur vurub. Üzərindən bir müddət keçəndən sonra kontur telefonundan silinib. 
 
İlyas İsmayılov bunun səbəbini aydınlaşdırmaq üçün “AzerCELL”ə müraciət edib. Şirkətdən ona kontur vurdurduqdan sonra xariclə 2 saatdan çox danışdığını və balansındakı vəsaitin də bunun üçün silindiyini bildiriblər.
 
Partiya sədrinin yoldaşı isə ümumiyyətlə xariclə danışmayıb. Bir dəfə İlyas müəllimə zəng vurub və aralarında qısa danışıq olub.
 
İlyas İsmayılov bildirib ki, “AzerCELL”in kontur fırıldağının zərərçəkəni tək o deyil. Söhbətləşdiyi bir çox yaxınları da eyni durumla qarşılaşıblar.
 
“Pulu halal yolla qazanmaq lazımdır. Müştərini aldatmaq “AzerCELL” kimi bir təşkilata yaraşmaz. Bu, müştərilərinin ondan imtina etməsi ilə nəticələnər. Çox istəyərkən azdan da olar”, - İlyas İsmayılov belə deyib.
 
Partiya sədri “AzerCELL” yetkililərinə Almaniyanın məşhur markası “Bosh”un yaradıcısı Robert Boşun fikirlərini xatırladıb: “Müştəri etimadını itirməkdənsə, iflas etməyə üstünlük verərəm”. 
 
O qeyd edib ki, “Bosh”  firması məhz bu əxlaqi keyfiyyətinin sayəsində 100 ildən çoxdur ki, ayaqdadır və hər gün inkişaf edir. “AzerCELL” də bu istehsalçı əxlaqını mənimsəməsə, hər kəsin imtina etdiyi firma kimi yaxın zamanlarda istehlak bazarından tamamilə silinməyə məhkumdur.



Tarix: 21-09-2021, 15:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}