Bakı və Tehran iranlı sürücülərin buraxılmasını şərh ediblər


Bakı və Tehran iranlı sürücülərin buraxılmasını şərh ediblər, Kreml sözçüsü Putin, Əliyev və Paşinyanın “mümkün görüşü” barədə yayılan məlumatlara münasibət bildirib.
İran və Azərbaycanın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov Azərbaycan tərəfinin saxladığı iki iranlı sürücünün sərbəst buraxılmasını müzakirə ediblər. Nazirlər arasında baş tutan telefon söhbəti barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı aşıqlamasında deyilir.
“Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar”.
İran tərəfinin yaydığı məlumata əsasən, Hüseyn Əmir Abdullahian iki iranlı sürücünün sərbəst buraxılmasını təqdir edib və bu addımın anlaşılmazlıqların həlli baxımından konstruktiv zəmin yarada biləcəyini deyib.
Hüseyn Əmir Abdullahian həmçinin İran yük maşınlarının Azərbaycanla həmsərhəd bölgələrdə hərəkət etməsini asanlaşdırmağa səsləyib.
Sentyabrda Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə başlayandan sonra, öz ərazisinə qanunsuz keçmək ittihamı ilə iki iranlı sürücünü saxlayıb. Bu addım Bakı ilə Tehran arasında münasibətləri daha da gərginləşdirib.
Cümə axşamı günü Azərbaycan İran sürücülərinin öz ölkələrinə qaytarıldığını bildirib.
Bbc.com
Tarix: 24-10-2021, 15:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}