Deputat maaşlarından danışdı: - “Qonaqlara Azərbaycan çayı, konyakının verilməsi də xərclərə daxildir”
“İnsanlara təklifim, tövsiyəm bundan ibarətdir ki, arxayın olsunlar ki, Milli Məclisdə deputatlarımız bir o qədər də yüksək maaş almır, amma yenə də öz maaşlarından razıdırlar”.
Bunu Cebhe.info-ya Milli Məclisin üzvü Rüfət Quliyev son günlər deputatların maaşı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.
Deputat bildirib ki, istər dövlət qulluğunda işləyənlərin, istər deputatların, ümumimlikdə vəzifədə olan insanların iş həcminə görə onlara belə desək, “maaş kəsirlər”:
"Mən şəxsən öz payıma və onlarla deputatın əvəzinə deyə bilərəm ki, biz maaşımızdan narazı deyilik. Yəni kifayət qədər maaş alırıq. Aylıq maaşın içərisində bizim dövlət tərəfindən qarşılanan aylıq xərclərimiz də yer alır. Bura regionlara gedib- gəlmək , avtonəqliyyatla əlaqəli xərclər (benzin pulu, maşının istismar xərcləri), sürücünün maaşı, görüşlər, gələn qonaqların qarşılanması, yola salınması və s. daxildir. Görüşlərin yaddaqalan olması üçün gələn qonaqlara hədiyyələrin-Azərbaycan çayı, konyakı, şirniyyatının verilməsi də xərclərə daxildir. İctimai əsaslarla ikinci köməkçi vəzifəsini icra edilən insanların qarşılanan aylıq xərcləri də var. İndiki durumda deputatlara verilən maaş normaldır. Həmin maaşla normal qaydada yaşamaq olar. Biz işimizi görürük, dövlətimizə, seçicilərimizə qulluq edirik. Bunu göydə Allah, yerdə seçicilər bəyənir. Biz insanlarla işləyirik, onların arzuları, şikayətləri olur. Problemlərin həll olunması üçün onlara kömək edir, zəng vurur, xahiş edirik. Hətta elə məmur var ki, ondan tələb edirik ki, sən bunu etməlisən. Əlimizdə ərizə olduğunu deyir, bildiririk ki, elə etməsin ki, rəsmi formada strukturlarına sənəd göndərilsin və narazılıq bilinsin”.
Deputat bildirib ki, Azərbaycan MBD məkanında maaşa görə 3 ya 4- cü yerdədir:
“Ölkəmizi digər ölkələrlə müqayisə etmək düzgün deyil. Hər bir ölkənin iqtisadi gücü, imkanı var".
Deputat bildirib ki, maaşdan əlavə deputatların 700- 800 manatdan 1200 manatadək əlavə xərcləri qarşılanır:
"Biz cəmi 125 millət vəkiliyik, amma dövlət strukturlarında məmurlar var ki, onların sayı 3000-dəkdir. Onlara sual versinlər ki, maaş və təminatları necədir? Millət vəkilləri ilə əlaqədar hamının kifayət qədər məlumatı var. Aldığımız maaş, bizə olunan güzəştlər və maddi durumumuz çox şəffafdır. Düşünürəm ki, insanlar gərək özləri çalışıb, üzərində işləsin ki, daha artıq pul qazansınlar. Bu, dövlət qulluğu və ya deputatlara aid deyil, sahibkarlıq, elm və digər işlərlə məşğul olan insanlara aiddir. İnsanlar arxayın olsunlar ki, Milli Məclisdə deputatlarımız bir o qədər də yüksək maaş almır, amma yenə də öz maaşlarından razıdırlar. Allah bizə imkan versin, Qarabağ problemini həll edək, orada tikinti- quruculuq işləri qurtarsın, daha sonra maaş məsələsi da həll olunacaq".
Tarix: 7-12-2021, 22:20
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
-
Dünən, 09:44
Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!
-
25-04-2024, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
25-04-2024, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
25-04-2024, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
25-04-2024, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
25-04-2024, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
25-04-2024, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
25-04-2024, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
25-04-2024, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
25-04-2024, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
{sape_links}{sape_article}