“Publika.az” oğurluqla məşğuldur — FOTOFAKT






Bu gün, iyun ayının 22-i saat 12:37-də Demokrat.az saytında "Tağı Əhmədovun vəziyyəti yenidən pisləşdi" sərlövhəli yazı dərc edilib. 

Tağı Əhmədovun səhhətindəki son durumla bağlı ilk məlumat məhz Demokrat.az saytına daxil olub. Yəni, bu Demokrat.az-a daxil olan özəl məlumatdır.



Təsadüfi deyil ki, ölkənin əksər ciddi media qurumları Demokrat.az-a istinad edərək, bu xəbəri dərc ediblər. Ancaq Aynur Camalqızının sahibi olduğu "Publika.az" saytı jurnalist prisiplərini və "Media haqqında" qanunun tələblərini kobud şəkildə pozaraq, həmin xəbəri Demokrat.az-a istinadsız dərc edib. Hətta, bu xəbərin özlərinə məxsusluğunu göstərmək üçün elementar jurnalist etikasını pozaraq, Tağı Əhmədovun səhhəti ilə bağlı özəl xəbərimizi sonradan onun həyat yoldaşı Salatın Əhmədlidən alınan açıqlamanın içərisində "əridiblər", adını da "peşəkarlıq" qoyublar.  



"Publika.az" saytını istinad mədəniyyətinə dəvət etmək üçün həmin yazının müəllifi ilə əlaqə saxlasaq da, ancaq yol verdikləri xətanı aradan qaldırmadılar. Görünür ki, Aynur Camalqızı siyasi səhnədəki dəllallıq əməllərini indi də mediada davam etdirmək niyyətindədir.
Tarix: 22-06-2022, 18:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}