Eldar Əzizov Xalid Ələkbərovu CƏZALANDIRDI - Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə

Eldar Əzizov Xalid Ələkbərovu CƏZALANDIRDI
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri
rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
Bu barədə dia-az.info-ya BŞİH-dən xəbər verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən
məlumata görə müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış
binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib. Qeyd
edilib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı
nəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş,
sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz
edilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı
şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və
təcili müdaxilələrə zərurət yaranıb.
Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti
ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-da Binəqədi
rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra
Hakimiyyətində komissiya yaradılıb və hüquq0mühafizə orqanları
ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin
hərtərəfli yoxlanılması aparılır.
Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat
Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və
Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-
qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda
“Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi
İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat
Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində
vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon
təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon
rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması
tövsiyə edilib.
Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-
quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki,
paytaxtımız son illərdə böyük sayda beynəlxalq tədbirlərə ev
sahibliyi edir. Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha
da gücləndirilməsinə dair müvafiq tapşrıqlar verilib və şənbə günü
paytaxt ərazisində geniş iməclik və ağacəkmə aksiyalarının
keçirilməsi qərara alınıb.


Eldar Əzizov Xalid Ələkbərovu CƏZALANDIRDI
Tarix: 28-03-2024, 13:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}