Muzdlu təbliğatçıların səsi duyulmasa, yaxşıdır - Qulu Məhərrəmli
Ermənistan rusiyalı aparıcı Vladimir Solovyovun “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımını qadağan edib.
Bu barədə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi məlumat yayıb.
Bu qərarın səbəbi kimi Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən son vaxtlar qeydə alınan daimi pozuntular göstərilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli bildirib ki, son günlər muzdlu aparıcı, Moskva rəsmi dairələrinin və Ermənistan meyilli qüvvələrin danışan dili olan Solovyovun verilişlərilə bağlı müəyyən müzakirələr gedir:
"Bu müzakirələrə səbəb isə Solovyovun antiazərbaycan və antiermənistan mövqeyindən çıxış etməsidir. Hazırda Ermənistanda siyasi qüvvələr arasında yeni düşüncəli insanlar ortaya çıxıb. Onlar, Azərbaycanla Ermənistan qarşıdurmasının hardan qaynaqlandığını və bunun kimlərə sərf etdiyini çox gözəl anlayırlar. Ona görə də həmin qüvvələr düşünürlər ki, münaqişənin əsas katalizatoru Rusiyadır. Eyni zamanda iki xalqın bir-birilə toqquşdurulması Rusiyanın mövqeyidir. Bu səbəbdən də Ermənistan Yüksək Texnologiyalar Sanayesi Nazirliyi Solovyovun hər iki proqramının ölkədə yayımını ləğv edib. Bunu daimi pozuntular və texniki səbəblər baxımından izah etməyin əhəmiyyəti yoxdur. Uzun illər Ermənistanı müdafiə edən Solovyovun indi rəsmi İrəvan əleyhinə çıxış etməsi erməni siyasi qüvvələrini qane etmir”.
Q.Məhərrəmli vurğulayıb ki, məsələ ilə bağlı Ermənistan tərəfinin mövqeyi çox doğrudur:
“Belə muzdlu təbliğatçıların səsi duyulmasa, yaxşıdır. Hər iki tərəf bilməlidir ki, bu münaqişəni qızışdırmaq Rusiyanın məqsədidir. Ermənistanın getdikcə Qərbə meyillənməsi Rusiyadakı erməni diasporunun, Moskva və İrəvan arasında əlaqələri düzəltməyə çalışan Solovyov kimi şəxslərin maraqlarına tamamilə ziddir. Ümumiyyətlə bundan sonra Ermənistan ərazisində Rusiyanın heç bir televiziya və radio kanalının səsi eşidilməyəcək".
Tarix: 30-03-2024, 10:47
-
Bu gün, 18:12
ABŞ-də konqresmen Azərbaycandan rüşvət almaqda ittiham olunur – AP
-
Bu gün, 18:07
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
-
Bu gün, 18:05
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya: Ermənistanda xaos gözlənilir?
-
Bu gün, 18:01
Həkim gündə nə qədər kolbasa yeməyin təhlükəsiz olduğunu açıqladı
-
Bu gün, 17:58
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
-
Bu gün, 13:53
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
-
Bu gün, 13:46
Bərdədə üç otaqlı ev tamamilə yanıb
-
Bu gün, 12:33
“Rolf”un sahibi Putini ittiham etdi: “Bu, müsadirə kleptokratiyadır”
-
Bu gün, 12:21
Şimali Qafqaz qaynayır.
-
Bu gün, 10:45
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
-
Bu gün, 10:39
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi"
-
Bu gün, 10:30
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
-
Bu gün, 10:09
“Xanımlar üz döndərmirlər” - “Dəmir ledi”ni niyə sevir və nifrət edirdilər? – FOTOLAR
-
Bu gün, 07:22
OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət
-
Bu gün, 07:18
Arxektura komitəsində Ramin Abdullayev PROBLEMİ
-
Dünən, 23:21
İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdı
-
Dünən, 23:19
Azərbaycanda mülki polis özünü asdı
-
Dünən, 23:10
"Bravo"da vitrindəki qiymətlə kassadakı qiymət fərqli olub - FOTO
-
Dünən, 22:59
XƏBƏRDARLIQ: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI
-
Dünən, 22:57
Gürcüstanda sular durulmur - prezidentdən sərt ittiham
-
Dünən, 22:46
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
-
Dünən, 22:44
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər
-
Dünən, 22:41
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
-
Dünən, 18:09
Hitlerin təbliğat naziri Cozef Göbbelsin "evi yıxılacaq" - Berlin villanın xərclərindən qurtulmaq istəyir
-
Dünən, 18:02
“Yelo Bank”dan şikayət: “Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun”
-
Dünən, 18:01
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər (ARAŞDIRMA)
-
Dünən, 17:57
"Azərsun Holdinq"ə daxil olan mağazalar şəbəkəsindən şikayət:-NARAZILIQ
-
Dünən, 17:46
Baş prokurorluq Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı MTX-yə təqdimat göndərib
-
Dünən, 17:44
Efir səfehliyinin zirzəmi səviyyəsi - İyrənclik böyüdükcə böyüyür + VİDEO
-
Dünən, 14:17
Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video
{sape_links}{sape_article}