Yüksək vəzifəli şəxs Bakıda dəhşətli qəza törətdi - FOTOLAR

Yüksək vəzifəli şəxs Bakıda dəhşətli qəza törətdi - FOTOLAR Bakıda dəhşətli yol qəzası baş verib.

Yenicag.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hava limanı yolunda “Range Rover” markalı avtomobil yolun kənarını təmizləyən su maşınına çırpılıb.
Yüksək vəzifəli şəxs Bakıda dəhşətli qəza törətdi - FOTOLAR
Yüksək vəzifəli şəxs Bakıda dəhşətli qəza törətdi - FOTOLAR
Yüksək vəzifəli şəxs Bakıda dəhşətli qəza törətdi - FOTOLAR

Nəticədə maşın yararsız hala düşüb. Hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Son dəqiqə məlumatına görə, “Range Rover” marakalı avtomobili idarə edən Dövlət Yol Polisi əməkdaşıdır. Qəza törədən 1986-cı il təvəllüdlü Hüseynov Cabir Firdovsi oğlunun DYP-də yüksək vəzifə daşıdığı qeyd olunur. O, bir müddət öncə Texniki Təminat şöbəsinin rəisi təyin olunub.

Xəstənin sol baldırının sındığı və 3 saylı Sabunçu Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Tarix: 12-07-2017, 08:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}