Azərbaycanda qəribə canlılar sürü şəklində evlərə hücum edib

Azərbaycanda qəribə canlılar sürü şəklində evlərə hücum edib  Qəsəbə sakinləri ilk dəfədir belə heyvanlarla rastlaşdıqlarını deyirlər




Əsasən Ağdam sakinlərinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsi adlanan ərazidə qəribə heyvan hücumu qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında, Ağdam rayonundan məcburi köçkün olan Vüqar Hümbətova məxsus 626 nömrəli evdə baş verib.



Gecə saatlarında evə girməyə çalışan və ev sahibinə hücum edən üç heyvandan birini ev sahibi əlindəki yaba ilə vurub. Digər ikisi isə qaçıb. Yaralı heyvan cəsədini döşəmənin altından çıxaran ev sahibi deyir ki, quruluşundan gəmiriciyə oxşasa da, ilk dəfədir belə canlıyla rastlaşır. Heyvanın uzunluğu, təqribən 60-65 sm-dir.

Vüqar Hümbətov daha sonra evin damında, bu heyvanlara aid olduğunu güman etdiyi yuvanı tapıb. Yuvada ev quşlarının qalıqlarını və yumurtalarını da aşkarlayıb.

"Əvvəllər də gəmiricilər təsərrüfata, həyətyanı sahədəki ev quşlarına ziyan vurardı. Lakin ilk dəfədir ki, birbaşa evə hücum edirlər. Həm də bu cür qeyri-adi heyvanlar" — ev sahibi Sputnik Azərbaycan-a bildirib.


Tarix: 16-07-2017, 21:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}