Şəbnəm Əsədova dəhşətli qəzaya düşdü - Vəziyyəti orta ağırdır

Şəbnəm Əsədova dəhşətli qəzaya düşdü - Vəziyyəti orta ağırdır Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi. //Big.az
Tarix: 17-07-2017, 17:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}