“Kamera var, bıçağı ürəyindən sancdı” – Evi qarşısında öldürülən şəxsin dayısı danışdı – VİDEO

“Kamera var, bıçağı ürəyindən sancdı” – Evi qarşısında öldürülən şəxsin dayısı danışdı – VİDEO Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib.
ARB TV xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.
Rizvan Əflatunov (dayısı): “Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi”.
Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb.
Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Siam.az
Tarix: 18-07-2017, 15:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}