Ağdaşda çörək sexinin sahibi bıçaqlanıb

Ağdaşda çörək sexinin sahibi bıçaqlanıb Ağdaş rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində çörək sexlərindən birinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ağdaş şəhər sakini Məmmədov Valeh Məmməd oğlu çalışdığı sexin yaxınlığında bıçaqlanaraq ağır xəsarət alıb. O baş, boyun və üz nahiyələrindən çıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, Valeh Məmmədov çörək sexini dostu ilə birgə şərik işlədir. Elə hadisəni dostunun əvvəllər məhkum olunmuş dayısı törədib.

Hadisəni törədən şəxsin yaxalanması üçün Ağdaş rayon Polis şöbəsi əməliyyat axtarış tədbirləri həyata keçirir.
Tarix: 19-07-2017, 07:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}