Bakıda güllələnmə hadisəsi baş verib

Bakıda güllələnmə hadisəsi baş verib Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb. Həmin şəxs 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur.
Təcili Tibbi Yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb.
Tarix: 20-07-2017, 09:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}