«298 sərnişinin həlak olmasına görə, Rusiya məsuliyyət daşıyı» – ABŞ

«298 sərnişinin həlak olmasına görə, Rusiya məsuliyyət daşıyı» – ABŞ «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin nümayəndəsi xanım Hizer Noyert bəyan edib ki, bir müddət əvvəl Donbas səmasında qəzaya uğramış məlum MN17 aviareysinin 298 nəfər sərnişininin həlak olmasına görə, məsuliyyəti Rusiya daşıyır. Xəbəri «Amerikanın səsi» radiosu yayıb.

«Ukraynanın şərqində Rusiyanın başçılıq etdiyi qüvvələr suveren Ukraynanın ərazisində Rusiyadan gətirdikləri «yer-hava» tipli («Buk») raketi ataraq, MN17 saylı aviareysi ilə uçan sərnişin təyyarəsini vurublar» – deyə, Noyret bəyan edib.

O, həm də günahkarların Niderlanda verilməsi barədə qərarı şərh edib: «Biz, Niderlandın cinayət məhkəmə-hüquq sisteminin hərtərəfli, obyektiv və ədaləti təqib istiqamətlərindəki fəaliyyət qabiliyyətinə tam arxayınıq…».

Onun sözlərinə görə, ABŞ «birləşmiş istintaq qrupunun səylərini dəstəkləyir və günahkarların məsuliyyətə cəlb olunması üçün digər ölkələri də tammiqyaslı əməkdaşlığa çağırır».

«Malayzia Airlines» aviaşirkətinin MN17 saylı reysi həyata keçirən təyyarəsi 2014-cü il iyulun 17-də Donbas səmasında vurulub. Reysin bütün sərnişinləri həlak olub. Niderlandlı müstəntiqlər bu nəticəyə gəliblər ki, təyyarə qiyamçıların nəzarət etdiyi ərazidən atılan «yer-hava» tipli raketlə vurulub.
Rusiya tərəfi isə ünvanına səsləndirilən bütün ittihamları rədd edir.


Siam.az
Tarix: 21-07-2017, 07:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}