Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət: Əl-qolunu bağlayıb evini soydular

Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət: Əl-qolunu bağlayıb evini soydular Görkəmli uroloq- alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.

Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.

Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.
Tarix: 31-07-2017, 00:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}