Hacıqabuldakı qətliam yerindən - təfərrüatlar

Hacıqabuldakı qətliam yerindən  - təfərrüatlar Bu gün səhər saatlarında Hacıqabulda öldürülən 5 nəfərin meyitləri Şirvan Şəhər Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiyası şöbəsinə aparılıb. Bu barədə hazırda Hacıqabulda olan əməkdaşlarımız musavat.com-a məlumat veriblər.

Müxbirimizin sözlərinə görə, hazırda hadisənin baş verdiyi Bayram İbrahimov küçəsində yerləşən əraziyə insanlar toplaşıb, yas çadırı qurulur, yol bağlanıb.

Hadisə yerində təcili tibbi yardım maşını dayanıb, polis və prokurorluq əməkdaşları gözə dəymirlər.

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada mübahidsə baş verib. Buna görə də Mübariz Mehdiyev Qəmbərovların Hacıqabuldakı evlərinə hücum edərək onları güllələyib. Mübariz Mehdiyevin problemi yaralanan və hazırda xəstəxanada olan Məmməd Qəmbərovun oğlu Natiq Qəmbərovla olub.

Bildirilir ki, M.Mehdiyevlə N.Qəmbərovun münaqişəsi Rusiyadan başlayıb. Bir müddət əvvəl yenidən tərəflər arasında mübahisə olub. Nəticədə Mübariz Mehdiyev möhkəm döyülüb, hətta ölümcül vəziyyətə salınması xəbəri də var. Mübahisədən sonra N.Qəmbərov Azərbaycana ata yurduna gəlib. Yaraları sağalan M.Mehdiyev də Azərbaycana qayıdıb və N.Qəmbərovla mübahisəni davam etdirmək qərarına gəlib. Qəmbərovların Hacıqabuldakı Bayram İbrahimov küçəsində yerləşən həyət evlərinə gələn M.Mehdiyev orada maşınları odlayıb. Həmin həyətdə N.Məmədovun atası Məmməd Qəmbərovla yanaşı qardaşı Nazim Məmmədov da ailəsi ilə birgə yaşayıblar.

Səs-küyə çıxan Natiq Qəmbərovun əmisi oğlu Namiq və əmisi Nazim Qəmbərovlar, yaxınları Gülbağda və Almara Məmməd qızı Qəmbərovaları gülləbaran edib. Odlu silah səsi eşidən Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərov da həyətə cıxıb, güllələrdən biri də ona dəyib. Əlində “obrez” tüfəng olan M.Mehdiyev qışqıraraq Natiq Qəmbərovu evdən çıxmağa səsləyib. Polislərin gəldiyini görəcək M.Mehdiyev odlu silahla özünü də vurub. Onun polis tərəfindən zərərsizləşdirildiyi haqda da iddialar var. Ailə başçısı Məhəmməd Qəmbərov isə yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Tarix: 31-07-2017, 15:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}