"Mercedes" MMX-ya düşdü, cərimə "Opel"ə yazıldı - BAKIDA PROTOKOL MÜƏMMASI

"Mercedes" MMX-ya düşdü, cərimə "Opel"ə yazıldı - BAKIDA PROTOKOL MÜƏMMASI Bakı şəhər sakini İsgəndər Göyüşov yol polisindən şikayətçidir.

Sürücünün sözlərinə görə dünən (30 iyul), saat 19:00 radələrində onun idarə etdiyi 90 EV 560 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilini Dövlət Bayraq Meydanı yaxınlığında YPX əməkdaşları saxlayıb. Sürücüyə cəriməsi olduğu və vaxtın ötürüldüyü deyilərək avtomobili cərimə meydançasına aparılıb.

Lakin maraqlı məqam odur ki, sürücüyə təqdim olunan protokolda əks olunmuş avtomobilin markası və nömrəsi fərqlidir. Belə ki, mart ayının 18-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda MMX-ya düşmüş avtomobil 90-EM-560 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil olsa da cərimə 90-EV-560 dövlət nömrə nişanlı “OPEL ASTRA” markalı avtomobilə yazılıb. Təqdim olunmuş protokolda da fotoda “Mercedes”, yazıda isə “OPEL” əks olunub.
Sürücü yol polisinə bunu izah etməyə çalışsa da, “gedin idarədə aydılaşdırın” deyilərək avtomobil cərimə meydançasına salınıb.
(Avtosfer.az)
Tarix: 31-07-2017, 19:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}