Vətən müharibəsi iştirakçısı intihar etdi



Şirvanda 33 yaşlı kişi intihar edib.
 
Siam.az-ın məlumatına görə, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.
 
Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.
 
Qafqazinfo
Tarix: 28-06-2021, 15:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}