Ağcabədi sakinindən 4 kq heroin götürülüb - FOTO

Ağcabədi sakinindən 4 kq heroin götürülüb
Ağcabədi sakinində 4 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan dia-az.info-ya bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.

Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ağcabədi sakinindən 4 kq heroin götürülüb

Tarix: 26-03-2024, 11:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}