“Qəzəbli mələk” ləqəbli kiqboksçu Nəzrin Əskərova öz çəki dərəcəsində Azərbaycan birincisi oldu

“Qəzəbli mələk” ləqəbli kiqboksçu Nəzrin Əskərova öz çəki dərəcəsində Azərbaycan birincisi oldu Dəfələrlə rinqlərdə qələbə çalmış Nəzrin Xaçmaza qızıl medalla qayıdır

Siam .az-ın bu dəqiqələrdə aldığı məlumata görə, Bakıda Əl Oyunları İdman Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında kadetlər və yeniyetmələr arasında keçirilən kiqboksinq üzrə Azərbaycan birinciliyində Xaçmaz rayonunun “Azad” kiqboksinq klubunun üzvü Nəzrin Əskərova 57 kiloqram çəki dərəcəsində rəqibi, Bakının “Adil” idman klubunun yetirməsi Aytən Şirəliyevanı finalda ağır məğlubiyyətə uğradaraq birincilik qazanıb. Baş məşqçi Ramin Nəcəfovun “Şimal xəbərləri”nə verdiyi informasiyaya əsasən, Nəzrinin rəqibi ikinci raundda döyüşməkdən imtina edib. O, Xaçmaz rayonunun bu yarışda doqquz nəfərlə təmsil olunduğunu açıqladı. Onun sözlərinə görə, səkkiz idmançı heç bir nəticə əldə edə bilməyib. Nəzrin isə, təmsil etdiyi klubun və yaşadığı rayonun üzünü ağ etdi. Baş məşqçi həmişə olduğu kimi N. Əskərovanın qələbəsinə inandığını açıqlayaraq bildirdi ki, Nəzrin çox ciddi hazırlıq mərhələsi keçmişdi. “Sonuncu ümidim Nəzrin idi, o da bütün ümidlərimi doğrultdu.”

Qələbə sevincini yaşayan Nəzrin Əskərova ilk eksklyuziv müsahibəsini “Şimal xəbərləri”nə verdi. “Çox sevinirəm. Yoldaşlarımın məğlubiyyəti məni kədərləndirmişdi. Birinci növbədə baş məşqçimə minnətdaram. Digər tərəfdən, aldığım qızıl medalı bütün kiqboksçulara aid edirəm. Çünki birlikdə zəhmət çəkmişik, komandamızın adını da birlikdə qaldırmalıyıq.”

Qeyd edək ki, Bakıda üç gündür ki, davam edən yarışda təxminən minə yaxın uşaq və yeniyetmə iştirak edir. Azərbaycan birinciliyi bu gün yekunlaşacaq.(Şimal xəbərləri)

Siam.az
Tarix: 26-03-2017, 22:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}