Dünyanın ən yaxşı futbolçusu məlum olub

Dünyanın ən yaxşı futbolçusu məlum olub
FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
 
Siam.az-ın məlumatına görə, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
 
O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.
 
Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub. 
 
Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib."Report"

Tarix: 18-01-2022, 07:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}