Rahat yat futbol kralı

Rahat yat futbol kralı

Braziliya millisi ilə 3 dəfə dünya çempionu olmuş və ötən əsrin görkəmli idmançısı olan Braziliya futbol kralı Pele vəfat edib. Onun 82 yaşı var idi.

Bizimyol.info xəbər verir ki, onun agenti Joe Fraga ölüm xəbərini təsdiqləyib.
Pele 2021-ci ildən yoğun bağırsağındaşı şiş götürüldükdən sonra onkoloji müalicə alıb. Son bir ay ərzində çoxlu sayda xəstəliklərə görə xəstəxanaya yerləşdirilib.
Pele ən böyük futbolçulardan biri kimi tanınıb. O, Braziliyanın “Santos” klubu və Braziliya millisindəki çıxışları zamanı oyunu ilə azarkeşləri məftun edib, rəqiblərinin belə sevgisini qazanıb. Futbolun ən yaxşı oyunçularından danışarkən Pele ilə yanaşı yalnız Dieqo Maradona, Lionel Messi və Cristiano Ronaldo yada düşür.
1995-1998-ci illərdə Pele Braziliyanın idman naziri vəzifəsində çalışıb.
Futbolçunun karyerası ərzində qazandığı kuboklar: Pele Braziliya yığması ilə üç dəfə dünya çempionu olub. Bu, 1958, 1962 və 1970-ci illərdə olub. O, Braziliya millisində 92 oyunda 77 qol vurub. Futbol kralı "Santos"la da altı dəfə Braziliya çempionu olub.
“Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo üçqat dünya çempionu braziliyalı Peleni xatirəsi əbədi yaşayacaq futbolun etalonu adlandırıb.
“Bütün Braziliyaya və bütün ailəyə dərin hüznlə başsağlığı verirəm. Bütün futbol dünyasının hazırda yaşadığı ağrını ifadə etmək üçün sadəcə “əlvida” demək kifayət etməyəcək. Milyonlarla tamaşaçı üçün ilham, əbədi etalon, mənə göstərdiyin sevgi həmişə uzaqdan da olsa qarşılıq alıb. O, heç vaxt unudulmayacaq və xatirəsi futbolu sevən hər kəsdə əbədi yaşayacaq. Rahat yat futbol kralı”, - Ronaldo tvitter hesabında yazıb.
Tarix: 30-12-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}