Putinin gizlin ÖLÜM MAŞINI: Atom bombasından 130 qat daha təhlükəlidir - FOTO



Putinin gizlin ÖLÜM MAŞINI:
Qara dəniz sularında İngiltərəyə məxsus döyüş gəmisinə xəbərdarlıq atəşi açaraq, təziqi artıran Rusiyadan daha bir kritik həmlə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiya son 30 ildə istehsal etdiyi ən böyük dənizaltı "Belgorod" gəmisini üzə çıxarıb. Məlumata görə, "dəniz canavarı" hər biri iki milyon ton TNT-yə bərabər olan 6 nüvə silahlı torpedo ilə təchiz olunub. Başqa sözlə deyilsə, "dəniz canavarı" ikinci dünya müharibəsində Xirosimaya atılan atom bombasından 130 qat daha ölümcül silahlara ev sahibliyi edir.

Qeyd edilir ki,15 min ton ağırlığında olan gəmiyə yerləşdirilmiş torpedolar sahil zolaqlarında sunami yarada biləcək gücə malikdir.

Rusiya sonanmasının bir parçası olan gəminin sabotaj və gizli əməliyyatlar üçün hazırlandığı iddia edilir.
Tarix: 28-06-2021, 09:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}