SOCAR-ın SEHRLİ “ÇUBUĞU” HARADADIR?


İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı
(I Hissə)
Əziz həmvətənlər, bilirəm ki, yüksək oktanlı benzin markalarının qiymət artımı çoxunuzu həm təəcübləndirib, həm də narahat edir. Çalışdığım qədər problemin düyünü ilə bağlı bir neçə statuslar paylaşmaqla mövzuya aydınlıq gətirməyə çalışacam.
Ölkəmizdə yüksək oktanlı premium Aİ-95 və Aİ-98 benzin markalarının qiymətinin artması ciddi narahatlıq yaratmaqdadır. Artıq Ai-95 markalı benzin 1 manat 60 qəpiyə, Ai-98 markalı benzin 1 manat 90 qəpiyə satılır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin ilk 9 ayında Azərbaycana “Aİ-95” markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 60,4%-i məhz Rusiyanın payına düşüb. Hesabat dövründə Azərbaycana “Aİ-98” (“Super”) markalı benzininin ixracı üzrə 62,6%-lə Belarus lider olub.
Amma “Aİ-95″markalı benzini bu ölkələrdən idxal edirik: Rusiya, Rumıniya, Bolqarıstan, İran, Yunanıstan. “Aİ-98” markalı benzini isə Belarus, Yunanıstan, Rusiya, Rumıniyadan alırıq.
Onda sual yaranır: bu ölkələrdən idxal olunan bu markalı benzinləri hansı şirkət gətirir? Onlar həmin benzinləri harada satırlar? Gəlin, bu suala cavab axtaraq.
Azərbaycanda 900-1000 arasında yanacaqdoldurma məntəqələri var. Bunun cəmi 40 yanacaq doldurma məntəqəsinin dövlətə, yəni dövlət şirkəti olan SOCAR-a aiddir. Bu isə o deməkdir ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki cəmi payı 5%-dir. Yerdə qalan 95% yerli və xarici özəl şirkətlərə aiddir. Onda sual yaranır: əcəba, SOCAR yanacaqdoldurma məntəqələrinin sayı baxımından bu qədər az çəkiyə malikdirsə, o zaman inhisar qiymətlərini necə diktə edə bilir?
Araşdırmalarımız göstərir ki, ölkəmizdə süni inhisarçılıq əsasən 2 istiqamətdə həyata keçirilir. Birincisi, istehsal sahəsində, digəri idxal üzərində baş verir. SOCAR yanacaq bazarında elə şərait yaradıb ki, ölkəyə idxal olunan benzini əsasən özü idxal edir, digər yanacaqdoldurma məntəqələri həmin yanacağı SOCAR-dan alır. Həmin benzin markalarını ya SOCAR idxal edir və ya onun icazəsi ilə digər şirkətlər gətirir. Bu zaman bütün yanacaqdoldurma məntəqələrinin yanacaq təhcizatı SOCAR-dan asılı vəziyyətə düşmüş olur. Topdansatış şəbəkəsinin başında SOCAR durur, pərakəndə satıcılar isə 850-dən çoxdur. SOCAR onlara satsa, onlar yanacaqdoldurma məntəqələrini təmin edəcəklər, satmasa onların yanacaq doldurmaları şəbəkələri boş qalacaq.
Burada SOCAR-ın əsas sirli “çubuğu” bax, buradadır.
Tarix: 20-09-2021, 14:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}