Ət və çörəyə “qalib gələn” pambıq: “Əgər ondan əl çəksək...”


Ət və çörəyə “qalib gələn” pambıq: “Əgər ondan əl çəksək...”

"Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq".
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar: "Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".
Maraqlıdır, Azərbaycanda pambıq taxıl və maldarlıqdan daha çox gəlir gətirir?
Cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, pambıqçılğa yaradılan şərait maldarlığa və taxılçılığa yönəlsə, daha çox qazanc əldə edə bilərik:

“Maldarlıqla əsasən əhali və fermerlər məşğul olur. Buna görə də onun ölkəyə nə qədər xeyir gətirdiyini ölçmək bir qədər çətin məsələdir. Lakin pambıqçılıq il ərzində ölkəyə 200-300 milyon dollar gəlir gətirir. Azərbaycan hökuməti təkcə manatın sabit saxlanılmasına ayda ən yaxşı halda 100 milyon dollar xərcləyir. Pambığın gətirdiyi gəlir isə manatın 1-2 aylıq sabit saxlanılma xərcinə bərabərdir. Pambığın strateji məhsul elan edilməsinin səbəbi onun valyuta gətirməsidir. Lakin ölkə daxilində pambıqdan heç nədə istifadə olunmur, sadəcə ixrac edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yetişən pambığın keyfiyyəti çox aşağıdır. Hesab edirəm ki, pambıqçılığa yaradılan şərait maldarlığa və taxılçılığa yönəldilsəydi, Azərbaycan əhalisinin ətə, südə və ərzaq buğdasına olan təlabatının 90 faizinə qədəri qarşılanardı. Bu isə ölkədən valyuta axının qarşısını almağa daha səmərəli kömək edərdi”.
Ekspert bildirib ki, hazırda ətin 50, buğdanın isə 57 faizini xaricdən idxal edirik:
“Bunun üçün milyardarlarla dollar valyuta xərcləyirik. Lakin maldarlıq və taxılçılığa yönəlsək, ölkə iqtisadiyyatı daha çox gəlir götürər. Bunun nəticəsində Azərbaycanın idxaldan asılılığı azalar və milyardlarla dollar axının qarşısı alınar. Hətta idxal buğdasından əlavə dəyər vergisi də götürülə bilər. Ona görə də hazırkı yolun tamamilə yanlış yol olduğunu düşünürəm. Biz pambıqçılıqdan əl çəkərək, kənd təsərrüfatının digər sahələrinə, xüsusən də maldarlıq və taxılçılığa üstünlük verməliyik”.
Tarix: 26-01-2022, 23:04




Xəbər lenti

{sape_links}{sape_article}