Anormal iqtisadi siyasət davam edir


İqtisadçı Rövşən Ağayev
Mərkəzi Bank 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatla bağlı 3 maraqlı məqamı qeyd etməyə dəyər.
  1. 2015-2016-cı illərdə bankı sağallaşdırmaq məqasədilə Beynəlxalq Bankın 10 mlrd. manat məbləğində problemli aktivlərini dövlət adından “Aqrarkredit” vasitəsilə buraxılan qiymətli kağızları Mərkəzi Bank alaraq öz aktivlərin tərkibinə daxil eləmişdi. Müqavilə şərtlərə görə hökumət 2045-cı ilə qədər illik 0.15% ödəməklə Mərkəzi Bank qarşısında öhdəliyini yerinə yetirməlidir. Amma son 7 ilin hesabatları göstərir ki, öən dövrdə bu borcdan cəmi 518 mln. manat geri qayıdıb. 2016-ci ildən sonra məbləğ ümumiyyətlə dəyişməzdir – 9.482 mlrd. manat. Öhdəliyin illər üzrə icrasına dair məlumatlar açıq deyil – yəni borcun hansı qrafiklə qaytarılması gizli saxlanan məlumatdır. 2045-ci ilə qalası olsa, həmin 9.5 mlrd. manatın 23 il sonrakı dəyəri hazırkı 10-15 mln. manata ekvivalentə bərabər olar yəqin. Təkcə son 7 ilə baxın – inflyasiya manatın alıcılıq qabiliyyətini azı 50% “yeyib”. Ümumiyyətlə, Beynəlxalq Bankın “Aqrarkredit”ə təhvil verilən və satıldıqca MB-nin borcunu kompensasiya etməli olan problemli aktivləri ilə bağlı məsələ “qara qutu”ya çevrildi – hər hansı etibarlı informasiya yoxdur ortada. Dəqiq bilinən odur ki, ən azı 15 mlrd. manatlıq nəhəng korrupsiya əməlliyyatının 10 mlrd. manatının bədəlini Mərkəzi Bank ödədi.
  2. Qlobal maliyyə bazarlarındakı düşüşlər Mərkəzi Bankın bütün aktivləri üzrə daxilolmalarda özünü göstərib. “Aqrarkredit”in qiymətli kağızlarına yatırımlar istisna olmaqla digər qiymətli kağızların hamısı ədalətili dəyərlə ölçülən aktivlərdir – yəni satış məqsədilə alınan və bazardakı qiymət dəyişikliyindən qazanc əldə edilməsi hədəflənən qiymətli kağızlardır. Bura əsasən notlar, istiqrazlar, səhmlər və s. daxildir. Mərkəzi Bankın aktivlərinin 6.9 mlrd. manatı bu çeşiddən olan kağızlardır. Hesabatdan görünür ki, qeyd olunan qiymətli kağızların qiymətinin dəyişməsindən və dəyərsizləşməsindən 52 mln. manata yaxın zərər qeydə alınıb. Xarici valtuta məzənnələrinin dəyişməsindən zərəri 60 mln.manatı ötür.
  3. Mərkəzi Bank haqqında qanuna (maddə 10,11,12) görə, kapitalın formalaşması üzrə normativə əməl edildikdən sonra Mərkəzi Bank öz mənfəəitini dövlət büdcəsinə köçürür. 2021-ci ildə isə Bank 200 mln. manatdan çox məcmu zərər edib. Bəs büdcəyə köçürməni hansı mənbədən edib? Əvvəlki ilin bölüşdürülməmiş mənfəətindən.
    2021-ci ilin əvvəllinə MB 596 mın. manat bölüşdürülməmiş mənfəətə malik idi.
    Xatırladım ki, 2015-ci ilin devalvasuyasından sonra MB məzənnə dəyişikliyi hesabına 5.6 mırd. manata yaxın mənfəət əldə eləmişdi. Ötən 6 ildə bu mənfəət dövlət büdcəsinə (və ya onun Borca Təminat Fonduna) köçürüldü. Bank sekotu vasitəsilə real sektorun inkişafına xərclənə biləcək vəsaitlərin əhəmiyyətli hissəsi, təəssüf ki, büdcə vasitəsilə məsuliyyətsiz dövlət şirkətlərinin dövlət öhdəlikli borclaırn qaytarılmasına sərf edilidi.
    6 il hökumət devalvasiyadan yaranan nəhəng mənfəətdən daha bir rahat yastıq kimi istifadə elədi – amma artıq bu mənbə yoxdur.
Tarix: 18-05-2022, 22:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}