Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkətə yazılan cərimə protokoluna bu tarixdə baxılacaq



"Bakı Qida və Yağ Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yazılan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə martın 28-də baxılacaq.
 
Xatırlatma: Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
Qeyd: MMC "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış iş adamı Abdulbari Gozaldır.
Tarix: 20-03-2024, 20:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}