Nazirliyin bir qurumu digər bir qurumunun keçirdiyi tenderi ləğv etdi - TƏFƏRRÜAT

Nazirliyin bir qurumu digər bir qurumunun keçirdiyi tenderi ləğv etdi
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 mart 2024-cü il tarixli AİBNDX/SQ-150/2024 saylı Qərarı əsasən ləğv olunub.
Bildirilir ki, Dövlət Vergi Xidmətinin video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, konfrans otaqları üçün arxa panonun hazırlanması və quraşdırılması, xüsusi teksturalı blankların dizaynı və hazırlanması üçün keçirdiyi tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.
Məlumat üçün bildirək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət Satınalmaları Haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.
Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.
Tarix: 23-03-2024, 18:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}