"Evdə olan pulu-zadı çantaya qoyub, şalvarlı yatırdıq, yatmırdıq ee, gözümüzün çimirini alırdıq"


Müharibə öldurməyənləri nə öldürür? Əgər Cənab Əzrayil onları odun-alovun içində sağ buraxdisa, "gedin yaşayın" dedisə, bu intiharlar nədir? Bu intiharlar hər gün, hər saat hər bir qazinin kölgə kimi yanı ilə sürünür. Surunur və hələ aparası qazisi çoxdur. Bilirəm ki, bu fikri bəyənmədiniz... Haqlısınız. Amma bu sizin duyğularınızdır. Aglınız, o sizə nə deyir? Bu cümlədən sonra yazılanları kimi görsəniz, ona oxuyun.
 
44 günlük müharibə dövründə Gəncə, Bərdə bombalanmalari yadındadır? Arada dedilər ki, Mingəçevir, Bakı, Xızıya da atdılar.  Evdə olan pulu-zadı çantaya qoyub, şalvarlı yatırdıq, yatmırdıq ee, gözümüzün çimirini alırdıq. Balaca uşaqları öz otağında yox, özümüzə yaxın divana, çarpayıya uzadırdıq ki, iraq olsun bombardman olsa, tez qapıb qaçaq çölə. Niyə belə edirdik? Nə qədər də, qorxmuruq desək də, təbiət öz işini görür. Qorxurduq. İnstiktlərimiz "özünü və balanı qoru "deyirdi. Süuraltı gəlirdi bu siqnallar. Canlıyıq. Hər canlı yaşamını, var oluşunu uzatmaq istəyir.
İndi, bu 18,19,....30 yaşlıların 7/24 nələr yaşadığını düşünsənə, qardaşım... neçə saat, neçə dəqiqə, gün. "İndi ölərəm, bu saat ölərəm" düşünmək olar? Bu qədər can qorxusundan adamın başının qapağı atar, ya atmaz?
Atar. Özü də çox pis atar. Hamısının başının qapağı atıb. Ozu də təkcə can qorxusu deyil... Ay nə ümidləri, arzuları puç olanlar var. Aralarında saqqallı uşaq çoxdur. Nə qədər diqqət görsə, az gələcək ona. "Sən də gəlib vuruşaydın" - deyəcək... Çox söz deyəcək, inciməyin. Maaşını da, medalını da verin. Amma bilin ki, ən əsas psixoloji yardımdır.
41-45 müharibəsində olan ağbirçək, ağsaqqallar indi yoxdur. Qurtardı. İnternetdədir valideynlər, ya da yoxdurlar. Rusiyadadırlar, nə bilim, daha haralarda...
Vyetnam sindromu deyilən bir şey var. Mən ona Əsgər bəlası deyirəm. ABŞ əsgəri Vyetnam müharibəsində qazandı. Əslində hər müharibənin öz sindromu var. Olmasa olmaz. Adam öldürmək, öləni görmək asan iş deyil. Müharibə deyirik, müharibə. Təcili psixoloji yardıma başlayın. Hər biriniz psixoloq olun. İmkan verin danışsın, yazsın, oxusun, ağlasın. Müharibə bitsə də, onların beyinlərində savaş davam edir. Bunu unutmayın. Səfqətli və səbrli olun onlara qarşı...
 
Gülər Əhmədova,
Sabiq millət vəkili, psixologiya elmləri üzrə fəlsəfə doktoru

Tarix: 29-06-2021, 14:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}