Yeni qiymət artımı qapıdadır – “Şirin bahalaşma”


Yeni qiymət artımı qapıdadır –       “Şirin bahalaşma”
Topdan və pərakəndə satış qiymətlərində artım gözlənilir
 
“Bloomberg” agentliyinə görə, dünyada şokolad qiymətləri, bahalaşan palma yağı qiymətləri səbəbindən kəskin artacaq. Agentlik şokoladdan diş məcunu (pastası) və dodaq boyasına qədər bir çox məhsullarda istifadə edilən palma yağının qiymətinin son bir ildə 120 faiz artdığını açıqlayıb.
 
Palma yağı qiymətlərindəki artım dodaq boyaları, şokolad, diş məcunu və digər malların bahalaşmasına səbəb ola bilər. Nəhayət, qida sənayesi müəssisələri bir daha qida istehsalının maya dəyərini azaltmağa çalışacaq. Və bu, məhsulların tərkibində daha ucuz bitki yağlarının, yəni ucuz palma yağının artacağından şübhələnməyə əsas verir.
 
Analitiklər son əsrdə baş verən ən pis böhrandan xilas olmaq müddətinin və yollarının ölkələr arasında qeyri-bərabər getdiyini söyləyirlər. Eyni zamanda, tələbdəki kəskin artım və yaranan kəsir qiymətlər sanki hər şeyin qiymətini pik həddə qaldırır: qidadan yarımkeçiricilərə və metallara qədər. Eyni zamanda, bazarlar üçün əsas risk nəzarətsiz inflyasiyadır: defisit fonunda hər şeyin qiymətləri qalxdı. Palma yağı bu proseslərdən kənarda qalmadı. Bir çox istehlak məhsullarının tərkib hissəsi olan bu məhsulun dəyəri dərhal 120% artdı.
 
İqtisadçı ekspert Fuad Əlizadənin AYNA-ya şərhinə görə, palma yağının istehsalı koronavirus pandemiyasının nəticələrindən güclü şəkildə təsirlənir və xammala tələbat yüksək olaraq qalır: “Şokolad və şokolad məhsulları bazarında bolluq var və hələlik heç bir artım gözlənilmir”.
 
İndi palma yağının tonu 1091 dollara satılır. Bazar iştirakçıları koronavirus pandemiyası səbəbindən yağ istehsalının çətinləşdiyini, lakin buna tələbin yüksək olduğunu söyləyirlər. Palma yağının əsas tədarükçüləri qlobal bazarın təxminən 84%-ni təşkil edən Malayziya və İndoneziyadır. Pandemiya və anticovid məhdudiyyətlər səbəbindən bu ölkələrdə işçi qüvvəsi çatışmazlığı yaşandı və istehsalın həcmi azaldı. Eyni zamanda, ən böyük palma yağı istehlakçıları olan Hindistan və Çin idxalatı artırmağa başladı.
 
Hələlik palma yağına alternativ yoxdur. Firmalar başqa xammaldan istifadə edərsə, məhsul daha bahalı olacaq. Məsələn, istehlak baxımından ikinci yerdə olan soya yağı keçən il 150% bahalaşdı, günəbaxan yağının qiyməti isə iki dəfədən çox artdı. Bundan əlavə, kakaonun dəyəri ton üçün 2286 dollar səviyyəsində artmağa davam edir ki, bu da şokolad istehsalçıları üçün hələ də məqbuldur.
 
Azərbaycan da şokolad istehsal edir, lakin az miqdarda. Ölkə bu şirniyyatın çox hissəsini, əsasən Rusiya və Ukraynadan idxal edir, bu ölkələrdə isə xammal qiymətlərinin artması səbəbindən istehsal və pərakəndə satış qiymətlərində artım gözlənilir.
 
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovun AYNA-ya açıqlamasında görə, idxal qiymətlərindəki artım yerli bazara təsir edəcək: “Həqiqətən, bu ilin yalnız üç ayında Rusiya Federasiyasından dəyəri 8 milyon 987,75 min dollar (artım 13,8%) olan 3,316 min ton şokolad (artım 18,1%) idxal edilib. Ümumilikdə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana şokolad idxalının 60,4%-i Rusiya Federasiyasının payına düşür. Əslində palma yağı, “Mondelez” və “Nestle” kimi bir çox transmilli qida istehsalçıları tərəfindən də istifadə olunur”.
 
AİB rəhbəri bildirib ki, bu gün şokolad və qənnadı məhsullarının istehsalı bu tropik xammal olmadan həyata keçirilə bilməz: “Onun istifadəsində lider isə süd sənayesidir. Yerli bazarın əsas payına sahib süd məhsullarının hamısının tərkibinə palma yağı da daxildir. İki növ palma yağı var - kosmetika və parfümeriya istehsalı üçün və insan istifadəsi üçün. Bununla belə, texniki məqsədlər və qeyri-ərzaq məhsullarının istehsalı üçün nəzərdə tutulmuş ucuz palma yağı postsovet ölkələrinin bazarlarına nüfuz edir və qida üçün istifadə edilə bilər. Bu kimi məqamlar cavabdeh strukturlar tərəfindən izlənilməlidir”.
Tarix: 19-06-2021, 23:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}