TƏBİB bu dəfə `QUŞU GÖZÜNDƏN VURDU` - DƏLİXANADIR, VALLAH...


Amma peşəsi toyda mahnı oxumaq olanın həkimlik etməyi, yaxud tibb müəssisəsinə rəhbərliyi təbii görünə bilməz.Qısası,Tovuzda belə bir halın baş verdiyi barədə sosial mediada paylaşıma rast gəldik.

Faktinfo.az xəbər verir ki,bu barədə fesbuk istifadəçi Arifə Əliyeva yazıb.

Sitat: "...Əldə etdiyim məlumata görə bu xanım Tovuz rayon Tibb Mərkəzinə müavin təyin olunub. TOVUZLULAR onu müğənni kimi yaxşı tanıyır. Toy tutanda toya gedir, arada da vətəndaşların səhəti ilə maraqlanır. Və sonuncu toyu üç gün əvvəl oxuyub.Müavin təyin olunan toy müğənnisi zəng etmişdi.Dedi, yaxşı edib oxuyuram,sənə nə dəxlisi.Dedim "HEŞZAD", vəzifənin məsuliyyətini dərk etmirsənsə, günah səndə deyil,səni ora təyin edəndədir...TƏBİB-ə gəlincə, belə bir təyinatın olmadığı bildirilirdi... Nə oldu bəs, həmin səsi yayım?".

Həqiqətən də inanmağımız gəlmir.Məgər Tovuzda peşəkar həkimlər yoxdurmu ki!?...

Səhiyyənin adına və imicinə toy müğənnisinin adının ardınca oxuduğu mahnılarının siyahıya alınması gəlirsə, bu heç də yaxşı əlamət deyil.Amma bir yana baxanda, bu da xalqa xidmətdir. Bəzən bir xoş avaz və ya mahnı xəstəliyə şəfa olur, xəstəni stresdən çıxarır...

Faktinfo.az saytından qarşı tərəfin mövqeyini öyrənmək üçün davamlı olaraq TƏBİB-ə zəng edilsə də,telefonları qaldıran olmayıb. Qarşı tərəf mövqeyini yazılı şəkildə saytın elektron ünvanına göndərə bilər.

TƏBİB bu dəfə `QUŞU GÖZÜNDƏN VURDU`
TƏBİB bu dəfə `QUŞU GÖZÜNDƏN VURDU`
TƏBİB bu dəfə `QUŞU GÖZÜNDƏN VURDU`

Mənbə: Faktinfo.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 7-12-2023, 09:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}