ABŞ səfiri üçün MENYU... - Nə yesin ki...

ABŞ səfiri üçün MENYU...
ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi ölkəmiz haqqında xoş sözlər deyərkən milli mətbəximiz haqqında bunları deyib: “Mən milli təamlar dadmağı arzu edirəm. Artıq, dadlı Azərbaycan dolmasını və plovunu dadmışam”. ABŞ-ın bundan əvvəlki səfiri də Bakıya ilk ayaq basan kimi təxminən eyni sözləri demiş, küftə bozbaşdan misal çəkmişdi. “Mən Azərbaycanda daha çox yerlər görməyi və milli təamlar dadmağı arzu edirəm. Xahiş edirəm başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün” – deyən ABŞ səfirinə ən dadlı lülə kababı Şuşada yeməyi məsləhət görə bilərik. Şuşaya gedin və oranın füsunkar təbiəti ilə tanış olun, kababla yanaşı plovdan xoşunuz gəlirsə Qarabağın şüyüdlü aşını da dadın.

Müəllif: Elxan Şahinoğlu
Siam.az
Tarix: 10-12-2023, 08:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}