"Sülhməramlıların fəaliyyətində qüsurlar qeydə alınmasaydı, rəhbərlik belə tez-tez dəyişməzdi" - RƏY


“Təəssüf ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətində özfaəliyyətdən uzaqlaşma halları müşahidə edilir. Fikrimcə, sülhməramlıların fəaliyyətində qüsurlar qeydə alınmasaydı, rəhbərlik belə tez-tez dəyişməzdi. Təbii ki, Rusiyanın sülhməramlı kontingentinin çatışmazlığı əsasən onların vəzifələri olmayan işlərlə məşğul olmasındadır”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
 

 
Deputat bildirib ki, sülhməramlıların komandanının bir neçə dəfə dəyişməsinin səbəbi dəqiq məlum deyil: “Bu, onların tabe olduğu qurumun işidir. Bu gün sülhməramlıların yeni rəhbərinin təqdimatı baş tutub, Azərbaycan Müdafiə Nazirliyində görüş keçirilib. Hesab edirəm ki, yeni rəhbərliklə sülhməramlılar icra etməli olduqları vəzifələrə daha məsuliyyətlə yanaşacaqlar. Anlamalıdırlar ki, onların regiona gətirilməsində məqsəd, xüsusi missiyaları var. Missiya ondan ibarətdir ki, onlar ermənilərin yaşadığı işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi təmin etsinlər və yeni dövr başlansın. Yeni təyin olunmuş rəhbərlik altında sülhməramlılar fəaliyyətlərini bu istiqamətə yönəldəcəklər. Yəqin ki, onların fəaliyyətindəki müəyyən qüsurlar rəhbərliyin dəyişməsinə səbəb olub”.
 
Qeyd: Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.
Tarix: 12-01-2022, 16:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}