"Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb" - Müdafiə Nazirliyi

Nazirlik: "Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur"
Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Azərbaycan Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.
Tarix: 24-03-2022, 21:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}