“Hayastan” fondu Tərtər rayonu ərazisində yeni yol çəkilişini davam etdirir...-VİDEO

“Hayastan” fondu Tərtər rayonu ərazisində yeni yol çəkilişini davam etdirir...-VİDEO
Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərindən Xankəndiyədək məsafəni qısaltmaq üçün 27 kilometrlik yeni Ağdərə-Canyataq avtomobil yolunun tikintisini davam etdirir.

Moderator.az xəbər verir ki, bu haqda  “Armenian_Life” teleqram-kanalı məlumat və video-görüntü paylaşıb.
 
“Hayastan” ümumerməni fondunun  hesabına çəkilən bu yolun tamamlanması nəticəsində Ağdərə-Xankəndi yolunun uzunluğu 24 km qısalaraq 97 km-dən 73 km-ə enəcək. Belə ki, hazırda Qarabağdakı ermənilər  Ağdərə-Aşağı Oratağ-Heyvalı(Kəlbəcər)-Çıldıran-Xankəndi marşrutu ilə  hərəkət edir.

 
Sultan Laçın

Tarix: 14-05-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}