Laçında 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.
Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.
Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.

SİAM.AZ
Tarix: 20-09-2022, 10:06




Xəbər lenti

{sape_links}{sape_article}