2026-cı ildə Qarabağda torpaq ehtiyatlarından səmərəli istifadə ilə bağlı mexanizmlərin formalaşması hədəflənir

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Hökumətin hesablamalarına görə, 2040-cı ildə (bərpadan sonra) Qarabağın işğaldan azad edilmiş və hazırda erməni işğalında olan ərazilərində torpaqların bölgüsü belə olacaq (bölgü bütün Qarabağı -Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Tərtər, Şuşa, Xankəndi, Xocalı, Xocavənd rayonlarını əhatıə edir):
  • Şəhər və qəsəbələrin torpaqları 14 424.3 ha
  • Kənd yaşayış məntəqələrinin torpaqları 48 152.7 ha
  • Kənd təsərrüfatı təyinatlı torpaqlar 879 557 ha
  • Xüsusi qorunan ərazilər 45 510 ha
  • Meşə fondu torpaqları 318 262.0 ha
  • Su fondu torpaqları 12 415.7 ha
  • Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar 29 439.5 ha
  • Ehtiyat fondu torpaqları 12 215.5 ha
Bu bölgü hazırki strukturdan ciddi şəkildə fərqlənmir. 2040-ci ilin göstəriciləri, xüsusilə, bütün Qarabağ üzrə ehtiyat fondu torpaqlarının cəmi 12 min hektar olması həmin tarixədək regionda TORPAQ İSLAHATI keçirilməyəcəyi deməkdir. Qısası, hakimiyyət qarabağlılara pay torpağı verməyi və Qarabağda bələdiyyə institutu yaratmağı planlaşdırmır. Qarabağa qayıdışla bağlı I Dövlət Proqramında 2022-2025-ci illərdə torpaq islahatlarının aparılması ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur. Ancaq bu islahat biz bildiyimiz, klassik mənada torpaq islahatı olmayacaq. Çünki təkliflərin hazırlanmasının nəticəsi kimi torpağın kəndlilərə (məcburi köçkünlərə) paylanması, özəl-dövlət-bələdiyyə bölgüsünün aparılması yox, 2026-cı ildə Qarabağda torpaq ehtiyatlarından səmərəli istifadə ilə bağlı mexanizmlərin formalaşması hədəflənir.
Tarix: 3-12-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}