Ordumuzun iki rus əsgərini “yaralaması...” – Ermənilər ifşa oldu

Xəbər verdiyimiz kimi, ötən gün “Ural” maşını ilə Ermənistanın sərhəddə yerləşən mövqelərinə təchizat daşıyan əsgərin qatı dumanda azaraq, Azərbaycan tərəfə keçdiyi haqda Ermənistan MN məlumat yaymışdı. İddia edilirdi ki, Ermənistan ordusunun əsgəri guya Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.
Məlumat dərhal Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təkzib edildi. Bu gün isə Ermənistan özü yoxa çıxan əsgərinin tapıldığını elan edib və dünənki yalanını özü təkzib etmək məcburiyyətində qalıb.
“Kalibr” isə olayın detallarını paylaşıb. Saytın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Qaragöl ətrafında ötən gün və bu gün qatı duman var. 21 mart saat 14:00 radələrində Rusiya hərbçiləri Azərbaycan Ordusu ilə əlaqə saxlayaraq, bir erməni əsgərin azdığını və Azərbaycan sərhədini keçə biləcəyi barədə məlumat veriblər. Azərbaycan tərəfi hər hansı erməni əsgəri müşahidə etmədiklərini bildirib və dərhal da döyüş postlarına o istiqamətdə sərhəd pozulması müşahidə edərkən, atəş açmamağı tapşırıb. Məqsəd isə erməni əsgərin azması və Azərbaycan tərəfə keçməsi ehtimalında onun məhv edilməməsi olub.
Bundan sonra azan erməni əsgər özü yolu tapa bilib və erməni postlarına gedib çıxıb.
Ermənistan sosial şəbəkə istifadəçiləri və mediasının daha bir şər və yalanı da elə bununla ifşa olunur. Belə ki, ötən gün ermənilər guya Rusiya hərbçilərinin Azərbaycan tərəfi ilə əlaqə saxladığınə, “əsir götürülən” erməni əsgərin qaytarılmasını istədiklərini, Azərbaycan Ordusunun buna razılaşdığını iddia etmişdilər. Bildirirdilər ki, guya Rusiya hərbçiləri “əsir götürülən ermənini” təhvil almaq üçün gələrkən, Azərbaycan Ordusunun bölmələri “qatı duman səbəbindən” onları da seçə bilməyib və atəş açıb, nəticədə iki rus əsgər yaralanıb, ardınca isə ərazini tərk etməyə məcbur olublar. Hətta bəzi erməni “mənbələri” rus əsgərlərin öldüyünü də iddia etmişdi.
Məlumata görə, 21 mart saat 15:00 radələrində “Patriot” UAZ-ı ilə erməni əsgəri axtarmaq üçün əraziyə yaxınlaşan Rusiya əsgərlərinə doğrudan da atəş açılıb, ancaq bu, erməni postunun yaxınlığında baş verib. Həmin müddətdə Azərbaycan Ordusuna Qaragöl istiqamətində atəş açmamaq barədə verilən əmr qüvvədə olub.
Müvafiq məlumat Rusiya hərbi komandanlığının diqqətinə çatdırılıb. Yeri gəlmişkən, ruslar öz hərbçilərinin güllə yarası almadığını da bildiriblər. Güllə yalnız maşının şüşəsinə dəyib. Bunu bu gün Gorus administrasiyasının mətbuat xidməti də təsdiqləyib.
Azərbaycan tərəfi ballistik ekspertizanın keçirilməsini tələb edib, çünki rus əsgərlərin maşınına ermənilərin güllə atdığına əmindir. //Axar.az//
Tarix: 22-03-2023, 14:15
-
Bu gün, 10:11
Bakıda arvadı ilə yazışmasını tutdu, kişini oğurladı, təhqir edib telefona çəkdi
-
Bu gün, 10:09
Rəşad Dağlı qətl törətməsinin təfərrüatlarını məhkəmədə danışdı: “Yazılmamış qanunlar var...”
-
Bu gün, 10:07
Son müharibədə nə qədər erməni əsgəri məhv edilib? - ŞOK RƏQƏM
-
Bu gün, 10:06
Trampa qarşı ittiham irəli sürüldü: 20 il müddətinə həbs edilə bilər
-
Bu gün, 10:03
Moskva, Vaşinqton və Brüssel “kartları” açır... - öz “ayağına” güllə atan güc mərkəzi kim?..
-
Bu gün, 10:02
Ermənilər həm Qarabağda, həm də sərhəddə ATƏŞKƏSİ POZUBLAR
-
Bu gün, 10:01
Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? – “Azərbaycanın aldığı mallar ucuzlaşacaq, ancaq...”
-
Bu gün, 09:50
Kamran Əliyev rəis olsa, camaat batdı... - Görünəni budur...
-
Bu gün, 09:47
"Bu gün mənim 66 yaşım var və nəinki,15 il heç 15 gün belə yaşamağa ümid yoxdur..."- Naxçıvanda qazi nə istəyir?
-
Bu gün, 09:44
Masazırın bələdiyyə sədri vətəndaşdan 10 min manat alıb? – ŞİKAYƏT
-
Bu gün, 08:42
Əmrullayevin işlərindən özü də baş açmır... - DƏLİXANADIR, VALLAH...
-
Bu gün, 08:39
Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var
-
Bu gün, 08:29
“Mənə dedi ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı?!” - Göyçayda ÖZBAŞINALIQ
-
Bu gün, 08:24
Fəlakət üstünə fəlakət: Xersonda faciənin miqyası böyüyür - FOTOLAR
-
Dünən, 23:20
YAP-çı deputat parlamenti AYAĞA QALDIRDI: "90-cı illərə qayıtmışıq!"VİDEO
-
Dünən, 23:11
"Kasıb adamlar niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki?" - Ekspert
-
Dünən, 23:09
VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLANIB
-
Dünən, 22:57
“Nar” yerli İT mütəxəssislərini yetişdirir
-
Dünən, 22:54
Avropa İttifaqı: "Azərbaycanda müstəqil şəxslərin davamlı təqib olunmasından narahatıq"
-
Dünən, 22:52
Ermənilərlə birgə yaşamaq mümkün olacaqmı?
-
Dünən, 22:48
"Ukraynada müharibənin inkişafının üç ssenarisi" - "The Economist"
-
Dünən, 22:45
İmişli İcra Hakimiyyətinin “sevimli şirkəti” 584 min manata yolları təmir edəcək – QALMAQALLI TENDER
-
Dünən, 22:43
Elmar Vəliyevin oğlunun milyonluq mülkü ƏLİNDƏN ÇIXIR... - məhkəmə QƏRAR VERDİ
-
Dünən, 22:41
Tikinti şirkətlərinin fırıldağı: - Bu hekayədə yanan sakinlər oldu...
-
Dünən, 14:08
“Tərtər işi”ndə prokuror dəhşətli işgəncləri açıqladı, zərərçəkmiş huşunu itirdi - TƏFƏRRÜAT
-
Dünən, 14:05
Müxalifət yeni birlik yaradır - “Doğru Azərbaycan”ın hədəfi nədir?
-
Dünən, 10:21
3-cü bina öz halal sahibləri sayılan jurnalistlərə verilsin! - Prezidentin dediyi olsun...
-
Dünən, 10:10
Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - İLGİNC FAKTLAR
-
Dünən, 09:49
Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...
-
Dünən, 09:43
Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
{sape_links}{sape_article}