Kremldən olsaydı, Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı davam etməliydi.

Kremldən olsaydı, Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı davam etməliydi.
Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanı ona görə ittiham edirlər ki, niyə o Azərbaycanın ərazi bütövlüyünü tanıyıb? Nikolay Patuşev Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasını Qərbin təzyiqi ilə etdiyini deyib. Patruşevin və onun şefinin sözlərindən belı çıxır ki, Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımaqla səhvə yol verib. Kremldə oturanlar bununla açıq-aşkar deyirlər ki, gərək Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayaydı, bu halda Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməyəcəkdi. Paşinyan Kremlin əmrini ona görə yerinə yetirmədi ki, əks halda Ermənistanın ərazisini itirəcəkdi. Paşinyan İkinci Qarabağ müharibəsindən sonra növbəti dəfə risqə getmədi və Qarabağdan imtina etmək məcburiyyətində qaldı. Kremldən olsaydı, Qarabağda separatizm və Azərbaycan torpaqlarının işğalı davam etməliydi.
Elxan Şahinoğlu
Siam.az
Tarix: 5-11-2023, 17:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}