Damarları təmizləyən və infarktın qarşısını alan QİDALAR - SİYAHI

 Ürək problemləri əsasən damarların tıxanması və daimi stress səbəbindən yaranır.
Siam.az ölkə.az-a istinadən xəbər verir ki, damar problemləri bir çox səbəbdən yarana bilər. Məsələn, düzgün qidalanmama bu səbəblərdən biridir. Bunun qarşısını almaq üçün isə aşağıdakı qidalardan qəbul edin.
Qızılbalıqlar ailəsinə aid balıq - Damarları təmizləyir, stresin qarşısını alır, orqanizmi qidalandırıcı maddələrlə təmin edir.
Portağal şirəsi - Söhbət təbii portağal şirəsindən gedir. Onun tərkibində olan antioksidantlar tıxanmış damarları təmizləyir.
Qəhvə - Elmi cəhətdən sübut edilib ki, 2-5 fincan qəhvə ürək-damar sisteminə müsbət təsir edir.
Qoz - Xolesterinin miqdarını azaldır. Badam və qoz çox faydalıdır.
Xurma - Tərkibində çoxlu miqdarda sterin var. Bu isə xolesterinin səviyyəsini aşağı salır.
Sarıkök - İltihaba qarşı əladır. Damarların vəziyyətin yaxşılaşdırır, dərini təravətləndirir.
Yaşıl çay - Metabolizm prosesini sürətləndirir. Orqanizmi enerji ilə təmin edir.
Qarpız - Tərkibindəki oksid azot damarları yeniləyir və təravətləndirir.
Pendir - Alimlər bildirirlər ki, normal pendir qəbulu arterial təzyiqi normallaşdırır.
Dəniz kələmi - Tərkibi vitamin, mineral, protein və antioksidantla zəngindir.
Mərcanı - 1-2 stəkan mərcanı morsu içmək ürəyin fəaliyyətinə müsbət təsir edir. Xolesterin 40% azalır.
Darçın - Ürək fəaliyyətinə müsbət təsir edir və yeməklərə xüsusi dad verir.
Nar - Nar şirəsi və təmizlənmiş nar faydalıdır. Ürək fəaliyyətini koordinasiya edir və qanın sirkulyasiyasını gücləndirir.
İspanaq - Tərkibində kalium, foli turşusu və dəmir var. Ürək sancıları riskini minimuma endirir.
Zeytun yağı - Zeytun yağından istifadə etmək ürək sancıları riskini 40% azaldır.
Gül kələmi - Tərkibində kalium var. Bu isə təzyiqi və xolesterin səviyyəsini normallaşdırır.
Avokado - Faydalı və dadlı meyvədir. Ürəyə müsbət təsir edir.
Qulançar - Xolesterin problemini çox qısa müddətə həll edir.
Siam.az
Tarix: 1-11-2018, 21:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}