İranın qanla dolu Azərbaycan nifrəti. Bəlkə Allahşükür...


İranın Azərbaycana qarşı çox əsrlik düşmənçiliyi davam edir. Ənənəvi fars siyasəti donunu dəyişir, amma mahiyyətini dəyişmir, necə deyər “it tükün tökər, xasiyyətin dəyişməz.” Azərbaycanı ikiyə bölən, şiyəçiliyimizi farslaşdırıb gözdən salan, xalqımızı din pərdəsi ilə əsarətdə saxlayan, Qarabağımızın işğalına kömək edən, separatistlərin mövcudluğunu hər vasitə ilə təmin edən, Qarabağımızın işğaldan azad edilməsinə hər cürə mane olan, Azərbaycan düşməninə maddi, hərbi, informasiya dəstəyi verən, kəşfiyyatla hərbi məlumatlar toplayıb erməniyə ötürən, 44 günlük müharibədə Azərbaycanın qələbəsini öz şəxsi məğlubiyyəti hesab edən İran-fars rejimindən xəyanətdən başqa bir şey gözləmək dahi Nəsimi demişkən cahillikdir.
Bir ay əvvəl 11, avqustda Azərbaycan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş faktlarla bağlı qarşı tərəfə nota versə də İran Azərbaycana qarşı düşmənçiliyini dayandırmadı, İranın Qarabağa qanunsuz yük maşınlarının axınını davam edir. Yeni aşkar edilmiş faktlar isə təkzib olunmaz şəkildə İranın dəyişməz düşmən siyasətinin mahiyyətini təkrar-təkrar sübut edir. İran Azərbaycanın verdiyi NOTA-dan nəticə çıxarmayıb əksinə, daha alçaqcasına, riyakarcasına maskalanaraq düşmənçilik fəaliyyətini davam etdirir. 44 günlük müharibə zamanı, erməni bloger Roman Baqdasaryan demişkən-qadın paltarı geyib, süni sinə qoyub, qadın dodaq boyası çəkib döyüş meydanından qaçan ermənilərin bacarığını eyni kökdən və millətdən olan farslarda həyasızcasına istifadə edir, maskalanırlar - Qarabağa gələn İran maşınlarına saxta Ermənistan maşın nömrələri vurub, sürücüləri dəyişdirib Azərbaycana soxulurlar.
Az qala 30 illik işğal zamanı İran Azərbaycanla dövlət sərhədində, o vaxt nəzarətimizdə olmayan ərazilərimizə üzbə-üz heç bir İran bayrağı olmadığı, ordusu saxlamadığı halda, Azərbaycan torpaqlarını azad edən kimi, sərhədə ordusunu və dövlət atributlarını yerləşdirən İranın hansı qonşuluğundan, etibarından, müsəlmançılığından danışmaq olar?! Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin işğaldan azad etdiyimiz ərazilərimizə (Cəbrayıla) səfəri zamanı İran təxribatçı, xəyanətkar, qeyri siyasi-diplomatik davranışları 1813, 1828, 1992-1993-cü illər Gülüstan, Türkmənçay, 1-ci Qarabağ savaşı kimi Azərbaycan xalqının milli şüuruna həkk oldu. İrandan danışaq- özünü yormaq kimi bir şeydir. Bu dövlətin Azərbaycan siyasətində –hiylə, təxribat, riyakarlıq, xəyanət, anti islam, hədə-qorxu və qısası-insan məxluquna xas ən pis hisslər, vərdişlər cəmləşib.
Düşmən bəllidir. Azərbaycan cəmiyyəti isə deyərdim ki, İranın özündən çox fars rejimini Azərbaycanda təbliğ edən, müdafiə edən adamların riyakar çıxışları daha çox hiddətləndirir. İranın Azərbaycana qarşı qanla dolu nifrətini “FƏTVA SƏRƏNCAMI” ilə dostlarımızın sırasına qatmağa çalışan şeyx Allahşükür Paşazadə görəsən bu dəfə nə deyəcək, vəziyyətdən necə çıxacaq?! Əsrafurullah, özünü Allah kimi aparan, qəbul günləri olmayan Qafqaz Müsəlmanları İdarəsi başçısı Allahşükür Paşazadə İrana görə ABŞ prezidenti Donald Trampa məktub yazaraq xahiş edən deyildimi? Azərbaycanın düşməninə kömək edən Azərbaycan xalqının düşməni deyilmi?! Üstəlik hələ də, Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi fəaliyyətini davam etdirir doğrudur, İranın Azərbaycanda səlahiyyətli nümayəndəsi və səfiri kimi...
Gözləntimiz isə budur, Allahşükür Paşazadə İran üçün ABŞ yazdığı yalvarış məktubundan öz dövləti Azərbaycan üçün Rəisiyə məktub yazacaqmı, yaxud bir söz deyəcəkmi?! Hərçənd ki, Nicatlar, Ruhanilər, Rəisilər kimdi ki, 1989-cu ildən bu yana söz sahibi Ali dini rəhbər Əli Xamneidir və hansı ki, İranın xarici və daxili siyasət kursunu müəyyən edir. Dini rəhbər Əli Xamneinin Azərbaycan siyasəti ənənəvi fars tarixinə xas mahiyyətdə dəyişməz olaraq qalır. Bəs, Azərbaycanın İrana qarşı dözümlülük siyasəti dəyişməyəcəkmi?
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi
Siam.az
Tarix: 12-09-2021, 14:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}